Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ayaqlarında damar xəstəliyi olan hər kəsə pedikür etmək qadağandır"
"Ayaqlarında damar xəstəliyi olan hər kəsə pedikür etmək qadağandır"

Manikür və pedikür etdirərkən, müxtəlif xəstəliklərin yayılması ehtimalı böyükdür. Belə ki, əgər sizin üzərinizdə strelizə edilməmiş alətlər istifadə edilərsə, bu zaman müxtəlif xəstəliklərə, HİV, hepatit və s. yoluxa bilərsiniz. Bununla yanaşı, pedikür lipodem adlı "selülit" xəstəliyinə də səbəb olur. Xəstəlik başalayan zaman əvvəlcə ayaqlarda selülitin yarandığını düşünürsünz, sonradan isə vəziyyət ağırlaşır.

Kardioloq Aygün Nərimanovanın sözlərinə görə, xəstəlik kapilyar damarlarda iltihablanma ilə ortaya çıxır. Problemi həll etmək üçün pəhriz və idman heç bir işə yaramır.

"Ayaqlarında damar xəstəliyi olan hər kəsə pedikür etmək qadağandır. Ayaqlarda şişmə ilə müşahidə edilən lipodem xəstəliyinin çəki ilə əlaqəsi yoxdur. Ayaqda şiş və selülitlə özünü göstərir. Buna selülit xəstəliyi də deyilir. Ancaq selülit adlı iki xəstəlik var. Bunlardan biri, dəridə portağal qabığını xatırladan görüntü yaradan xəstəlikdir. Bu isə dəriyə mikrob düşməsi ilə yaranan xəstəlikdir. Bu, daha çox ayaq və qol yaralarında meydana gəlir. Yəni, prosedur zamanı yaraya mikrob düşür və dəri altında bu mikrob inkişaf edir. Bu dediyimiz lipodem - selülit xəstəliyidir".

Mütəxəssisin fikrincə, lipodem xəstəliyi, xüsusilə pedikür zamanı yarana biləcək bir xəstəlikdir.

"Ayaq dırnaqlarının kənarlarını və ya dırnaq yatağını heç bir zaman, heç bir pedikür aləti ilə oydurmayın və ya təmizlətməyin. Çünki biz ayaqütsə olan varlığıq və üstümüzdə minlərlə canlı mikrob var. Bu mikroblar, dəriyə yararlı canlandıran mikroblardır. Siz bu mikrobu incə biz kəsiklə dəri altına yeridə bilsəniz dəri altında olan kapilyar damarlar bu mikrobu limfa damarlarına aparacaq. Mikroblar limfa damarlarına gedərək kanalları pozur və ferment yaradır" - deyən həkim qeyd edib ki, çox zaman xəstələr, "mən öz pedikür alətlərimi aparsam olarmı?" deyə soruşurlar. Bunun cavabı isə odur ki, burada məhz sizin mikrobunuzdan söhbət gedir. Pedikür zamanı dırnağın ətrafında olan yararlı mikroblar, dəridə mikrotravmalar yaradır.

"Normal ayaqda problem olmur. Çünki, bədən mikrobu atır. Ancaq şəxsdə venoz çatışmazlıq, lenfoşişlər, kapilyar damar problemi və s. varsa problem yaranır. Pedikür, bir qədər dərin edildiyi zaman içəri mikrob düşür. Buna görə də, damar xəstəlikləri olan şəxslərə pedikür etdirmək təhlükəlidir. Və ayaqlarında hərhansı bir damar xəstəlikləri olan şəxslər pedikür etdirməməlidir" - deyə həkim qeyd edib.

Həkimin sözlərinə görə, belə xəstələr idman etsələr də ayaqları arıqlamır. Uzun müddətli idman proqramları, bədənin yuxarı hissələrini arıqlada bilsə də ayaqlar arıqlamır. Bundan sonra nəticə əldə etmədiyini görən xəstələr, idmanı buraxır və ayaqlarını arıqlatmaq üçün liposaksiya əməliyyatlarına müraciət edirlər. Əməliyyatdan bir müddət sonra görüntü düzəlir, ancaq xəstəliyin səbəbi kapilyar damarların pozutusu olduğu üçün yağlar əvvəlkindən daha pis vəziyyət alır. Bu xəstəliyin müalicəsi, yağlarla əlaqəli deyil.

"Bunun müalicəsi kapilyar damarlarla əlaqəlidir. Lipodem, bir damar xəstəliyidir. Bu səbəbdən də xəstələr, belə bir problem yaşadıqları zamanı damar xəstəlikləri mütəxəssisinə müraciət etməlidir" - deyə həkim vurğulayıb.

Pedikürün bu zərəri haqqında əminəm ki, eşitməmişdiniz. Odur ki, pedikürə getdiyiniz zaman, ayaqlarınızda hərhansı bir damar xəstəliklərinin olmadığına əmin olmalısınız. Əks halda, bu, sizin üçün daha ağır və qarşısı alınmaz fəsadla nəticələnə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »