Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin həyati təhlükəsi kritik həddə çatıb - Vəkil
Saakaşvilinin həyati təhlükəsi kritik həddə çatıb - Vəkil

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili jurnalistlərə verdiyi açıqlamada, siyasətçinin həyati əhəmiyyətli göstəricilərindən birinin kritik həddə düşdüyünü, bundan sonra reanimatoloqların müdaxiləsinin zəruri olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, "sputnikgeorgia" məlumat verib.

Bildirilir ki, Saakaşvili 25-ci gündür ki, Rustavi həbsxanasında aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi eks-prezidentin Tbilisidəki 18 saylı Qldani həbsxanasının xəstəxanasına yerləşdirilməsinə razılıq verir və bunun aclıq çəkən məhbuslar üçün uyğun olduğunu təkid edir. Saakaşvilinin özü, şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər onun özəl klinikada nəzarətdə saxlanmasında israrlıdırlar.

"Dünən gecə Mixail Saakaşvilinin analizlərində həyati vacib göstəricilərdən biri kritik həddə düşüb və reanimatoloqların zəruri müdaxiləsidən sonra bu göstəricilər stabilləşib. Həkimlər Şurasının qənaətində görə, üçüncü prezident səhhətinin kəskin pisləşməsi hər an gözlənilə bilər”, - deyə Sadzaqlişvili bildirib.

Vəkilin sözlərinə görə, həbsxana xəstəxanasında Saakaşvilinin müalicəsi üçün lazım olan şərait yoxdur.

"Şura öz qənaətində dedi ki, Mixail Saakaşvilinin müalicəsi maqnit-rezonans görüntüləmə, kompüter tomoqrafiyası olan və çoxşaxəli müalicə qabiliyyətli klinikada davam etdirilməlidir", - Sadzaqlişvili bildirib.

Bu ərəfədə Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin nümayəndələri həbsxana xəstəxanasına baş çəkiblər. Yoxlamalardan sonra ekspertlər belə qənaətə gəliblər ki, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət eks-prezident Mixail Saakaşvilinin mümkün xəstəxanaya yerləşdirilməsi üçün alternativ yer seçməlidir.

Keçmiş prezidentin başqa vəkili Beka Basilainin sözlərinə görə, şuranın rəyi Ədliyyə Nazirliyi tərəfindən icra olunmur.

“Ədliyyə Nazirliyinin rəyinə uyğun olaraq, xalq müdafiəçisi tövsiyə verib ki, Saakaşvilini 18 saylı müəssisəyə köçürmək olmaz. Bu bir şey deməkdir – dövlət Mixail Saakaşvilinin həyatı və sağlamlığı ilə manipulyasiya edir", - deyə Basilaya jurnalistlərə.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »