Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...

Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Məlumatda qeyd olunur ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır və təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılması ilə bağlı xəbərdən sonra insanlarda "növbəti müharibəmi baş tutatacaq?" sualı yaranıb. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlama verərək bldirib ki, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı qanunvericiliyə uyğun həyata keçirilir və burada hər hansı bir ciddi narahatedici faktor yoxdur.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Bu kimi təlimlər vacibdir və bu o demək deyil ki, müharibəyə hazırlıqdır. Artıq müharibə bitib. Ermənistan ordusu darmadağın olub. Yəni belə bir təhlükə yoxdur. Sadəcə, Azərbaycan ordusu daha da çevik şəkildə ehtiyatda olan hərbiçiləridə daima nəzarətdə saxlayır və bu təqdirə layiqdir.

Hesab edirəm ki, regionda belə bir təhlükə yoxdur. Artıq regionda əməkdaşlıq və yeni platformalar qurulur. Ona görə də sadəcə belə bir təlimlər Azərbaycan öz ordusunu daima yüksək səviyyədə inkişaf etdirir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər