Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...

Demək olar ki, hər gün səhəri özünəqəsd xəbərləri ilə açırıq. Əksəriyyəti də qadınlarla bağlı olur.

Ailə, Qadın və Uşaq Problemlərinin nümayəndəsi isə, bu günlərdə keçirilən tədbirlərin birində deyirdi ki, ölkədə baş verən qətl və özünəqəsd hadisələrini jurnalistlər elə təqdim etməlidir ki, digərləri baxıb təqlid etməsin. Birbaşa ünvanlanmasa da, sədr müavini hadisələrin artmasında dolayı yolla jurnlaistlərin də günahı olduğunu vurğulamışdı. Eyni zamanda nümayəndə xanım qeyd edirdi ki, jurnalistlər hansısa bir hadisə olan kimi komitəyə zəng vurur ki, "komitə nə iş görüb?"

Jurnalistin hadisə yerinə gedib, problemi hadisə yerindən araşdırmasını tövsiyə edən nümayəndə əlavə edirdi ki, "Komitə, iş görmür. İşi hadisə olan yerlərdəki şöbələr və müvafiq icra qurumları görür"...

Komitənin işi isə, xarici ölkələrə səfər edib onların təcrübələrini Azərbaycanda reallaşdırmaqdır. Litva təcrübəsinə əsaslanacaqmışıq, riskli ailələrlə bələdiyyələr məşğul olacaqmış və s. və ilaaxır.

Komitəni təmsil edən xanım, jurnalistlərə Azərbaycanda olan örnək ailələrdən yazmağı da tövsiyə edirdi. Qısacası, görünən odur ki, mediada yer alan özünəqəsd və qətl hadisələri komitəni narahat edir. Ancaq başqa aspektdən. İllərlə hesabatlar hazırlayıb şəffaf olduğunu sübut etməyə çalışan, ölkədə hadisələr baş verəndən sonra ən son açıqlama verən və şablon tədbirlər, konfranslar təşkil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə...

Rəhbərlər dəyişsə də, görünən odur ki, hər kəs eyni istiqmaətdə fəaliyyət göstərir. Yəni dəyişən heç nə yoxdur. Dəyişən bircə tədbirlərdə komitə adından danışan rəhbərlərdir...

Hörmətli nümayəndə xanım, əslində mən sizin səmimi olduğunuza çox "inanıram". Amma yaxşı olardı ki, vəsaitlər xərcləyib xarici ölkə təcrübələrini öyrənmək üçün ölkələr gəzməkdənsə, bu təcrübəni internet üzərindən öyrənəsiniz. İnanın ki, çox asandır və sonradan gəlib tədbir keçirib, səfərlə bağlı təəssüratları da bölüşməyə ehtiyac qalmır. Bir də iş öyrənməklə deyil, öyrəndiyini tətbiq etməyi bacarmaqdır.

Xarici səfərlərə xərclənən vəsaitlər, daha sonra nazirliklərin əməkdaşlarına, jurnalistlərə keçirilən seminarlar və s. inanın ki, zəhmətiniz hədər olur. Bu sizin iş gördüyünüzü sübut etmir.

Ancaq ölkədə həmin arzuolunmaz hadisələr baş verməmişdən öncə riskli ailələri müyyən edib, baş verəcək hadisələrin qarşısını almaq məhz sizin məsuliyyətinizdədir.

Azərbaycanda "Litva təcrübəsi". Başınıza dönüm, siz Azərbaycan təcrübəsini həyata keçirin, qalsın Litva təcrübəsi.

20 ildən artıqdır ki, jurnalistika fəaliyyəti ilə məşğul olur və bu sahəni yaxından izləyirəm. Bir dəfə olsun qarşıma çıxmadı ki, komitə üzvü hansısa riskli ailənin və ya riskli şəxsin problemlərini gündəmə gətirib həll etsin. Hər zaman komitə hadisə baş verdikdən (o da, əgər hadisə gündəmi narahat edirsə) iki gün sonra açıqlama verir.

QHT-lərə vəsait ayırmaq, bir neçə yaxın QHT ilə əməkdaşlıq edib komitə iş görürmüş kimi göstərmək, sadəcə gözdən pərdə asmaq və ya gözə kül üfürmək kimi bir şeydir.

Yox, ölkədə şablon yolla istiqamət edən təkcə Ailə, Qadın və Uşaq Məsələləri üzrə komitə deyil. Nə çoxdur, xaricdən "mütəxəssis" dəvət edib, 1 aylıq işi 2-3 ilə dağıdıb, "işləyən" , özünü "işləyirmiş" kimi qələmə verən qurumlar...

Eh, jurnalisti ittiham etməyə nə var ki... Jurnalistə "elə yazma, belə yaz" deməyə nə var ki... Jurnalistə şər-böhtan atıb ləkələməyə nə var ki...

Gördüyünü belə yazmaqdan çəkinir, bu ölkədə jurnalist. Bilir ki, onu məhkəmələrdə müdafiə edən olmayacaq. Bilir ki, haqqı tapdanacaq...

Nə isə, siz "işinizdə" olun. Biz də özünə qəsd edən, qətlə yetirilən qadınların statistikasını aparaq. Onsuz da ağzımızı açıb nəsə demək istəyəndə, ağzımızı yumacaq bir "əl" hər zaman olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər