Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada azərbaycanlı ilə erməninin hazırladığı saxta araqdan daha 7 nəfər ölüb
Rusiyada azərbaycanlı ilə erməninin hazırladığı saxta araqdan daha 7 nəfər ölüb

Rusiyanın Sverdlovsk vilayətində saxta araqdan zəhərlənənlərin daha 7-si həyatını itirib. “Xalq nəzarəti” layihəsinin koordinatoru Dmitri Çukreyev ictimaiyyəti bununla bağlı məlumatlandırıb. Onun bildirdiyinə görə, ölənlərdən 4-ü Yekaterinburq, 3-ü Beloyarsk sakini olub.

Bizimyol.info xəbər verir ki, bu şəxslər 15-20 oktyabr aralığında zəhərləniblər. Beləcə, saxta araqdan ölənlərin sayı 25-ə çatıb. Buna qədər 18 nəfər zəhərlənərək ölmüşdü.

Məsələnin maraqlı tərəfi şübhəli şəxs kimi saxlanılan iki nəfərdən birinin azərbaycanlı, digərinin erməni olmasıdır. 54 yaşlı Nadir Məmmədovla 42 yaşlı Armen Avetisyan şərik imiş. Spirtli içkilər məhz onların sexində hazırlanıb. Zəhərlənmə faktından sonra hər ikisi həbs olunub. Cinayət işi açılıb.

Oktyabrın 16-da Yekaterinburqda 16, Nijni Tagil və Revde şəhərlərinin hər birində 1 nəfər saxta araqdan həyatını itirmişdi. Bununla zəhərlənmənin qurbanı olan Yekaterinburq sakinlərinin sayı 20-yə çatıb.

Nadir Məmmədovla Armen Avetisyan işbirliyinə 2019-cu ildə başlayıb. Hətta müharibə də onların münasibətlərini korlamayıb. Şəriklər saxta araqları “Botaniçeski” bazarındakı pavilyonlardan birində satırmış. Alıcılar əsasən yaxınlıqda yaşayanlar olurmuş. Amma zəhərlənənlərin arasında təsadüfi adamlar da var. Bəzi şəxslər qonaq gəldiyi evdə həmin araqlardan zəhərlənib. Bir nəfərin yoldan keçən olduğu bildirilir.

Oktyabrın əvvəllərində Orenburq vilayətində də spirtli içkidən kütləvi zəhərlənmə olmuşdu. Onda zəhərlənənlərin korroziyaya qarşı spirt içdikləri üzə çıxmışdı. Ümumilikdə 67 nəfər zəhərlənmişdi. Onlardan 35-ni xilas etmək mümkün olmamışdı. İstintaq Komitəsi baş verənlərlə bağlı 14 cinayət işinə başlayıb.

Rusiya dünyada əhalisinin spirtli içkilərdən istifadəsinə görə lider yerlərdən birinin tutur. Saxta içkidən zəhərlənmələr də az qala hər ay qeydə alınır. Hər il Rusiyada yüzlərlə insan bu səbəbdən həyatının itirir. Şimal ölkəsində spirtli içkilərin məhv etdiyi insanların sayı isə qat-qat çoxdur.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »