Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“12-15 yaş arası şagirdlərin vaksin olunmasına ehtiyac yoxdur” – Təhsil eksperti
“12-15 yaş arası şagirdlərin vaksin olunmasına ehtiyac yoxdur” – Təhsil eksperti

Qoşqar Məhərrəmli: “Məktəblərin kütləvi bağlanması və distant təhsilə keçmək qərarı yanlış olar”

Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Bildirilir ki, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: "Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

Beynəlxaq səviyyədə əldə edilən təcrübədə vaksinin işə yaramadığını söyləyən Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmli Bizimyol.info saytına açıqlamasında, bu səbəbdən də şagirdlərin vaksin olunmasına ehtiyac olmadığı qənaətindədir:

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmli

“Son müşahidələr göstərir ki, uşaqlar və yeniyetmələr virusa yoluxduqda, xəstəliyi nisbətən yüngül simptomlarla keçirirlər. Əgər uşaqda şəkər, xərçəng və digər ağır respirator xəstləlik yoxdursa, tez sağalacaq. Belə vəziyyətdə yalnız profilaktik tədbirlər görmək lazımdır ki, digər şagirdlər də yoluxmasın. Belə ki, uşaqlar məktəbə gəldikdə sosial məsafəni qorusunlar, maskalardan və tibbi spirtlərdən mütamadi istifadə etsinlər və s. Uşaq hamının toxunduğu yerlərə əl vurmamaq barədə düşünməli, digər uşaqlarla yaxın təmasdan uzaq olmaq və onlarla məsafəni qorumağın vacibliyini bilməlidir”.

Ancaq onların bu kimi məsələlərdə çətinlik çəkdiyini deyən Q.Məhərrəmovun sözlərinə görə, onların bir-biri ilə münasibətləri toxumsaldır:

“Yəni, bir-birləri ilə zarafat edirlər, bir-birlərinə əl ilə salam verirlər və s. Onlar belə təmasların münasibətlərin qorunması baxımından mühüm olduğunu düşünür və ünsiyyətin tərkib hissəsi kimi görürlər. İbtidai siniflərdə oxuyan uşaqları isə virusdan qorumağın yolları yoxdur. Bunun da bir yolu var – o da uşaqları evdə izolyasiya vəziyyətində saxlamaq. Ancaq bu da mümkün deyil, çünki, nə qədər evdə saxlamağa çalışsaq da, hansısa yolla çölə çıxacaq. Böyüklər isə onlarla müqayisədə belə yaxın münasibətlərin onlar üçün təhlükəli ola biləcəyini düşünür və istər-istəməz sosial məsafəni qorumağa çalışır, profilaktik tədbirlərə əl atır, bir sözlə qorunmağa çalışırlar”.

Qeyd edilən amillərə görə, 12-15 yaşlı yeniyetmələrin vaksin olunmasına ehtiyac olmadığı qənaətində olduğunu deyən ekspert düşünür ki, əgər Təhsil və Səhiyyə nazirlikləri məktəbləri kütləvi bağlamaq və distant təhsilə keçmək qərarına gəlsələr, bu, yanlış olar:

“Buna ehtiyac yoxdur! Elə kəndlərimiz var ki, orada sosial məsafə təbii şəkildə qorunur. Elə məktəblər var ki, şagirdləri çox azdır, yəni uşaqların sayı 5-20 nəfər arasında dəyişir. Hətta 500-100 nəfər şagirdi olan məktəblər də mövcuddur. Belə məktəblərdə təhsili dayandırmaq doğru deyil. Çünki, həmin ərazilərdə internet problemi var – ya çox zəifdir, ya da heç yoxdur. Bəzi kəndlərdə əhalinin sosial vəziyyəti çox aşağı səviyyədədir və evinə internet xətti çəkmək, modem komputer, ağıllı telefon kimi müasir texnoloji avadanlıqlar almaq imkanından mərhumdurlar. Belə məktəblərdə təhsili dayandırmaq, həmin ailələrin övladlarının təhsil almaq imkanlarından mərhum olması deməkdir. Buna görə də ümumi qərar əvəzinə, əgər hansısa məktəbdə vəya sinifdə yoluxma varsa, həmin sinifi və ya məktəbi müvəqqəti distant təhsilə keçirmək olar. Hazırda bəzi məktəblərdə siniflər müvəqqəti bağlanır və distant təhsilə keçir ki, bu qaydada da davam etmək daha məqsəduyğundur”.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »