Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətl, cinayət, narkomaniya təbliğ edən filmlər – “Bununla insanları idarə edirlər”
Qətl, cinayət, narkomaniya təbliğ edən filmlər – “Bununla insanları idarə edirlər”

Son dönəmlərdə yayılan və izləmə rekordları qıran bir neçə kinoya nəzər salsaq görərik ki, bu filmlərin süjet xətti ölüm, qətl, cinayət, narkotika, soyğun və sairdir. Bunlara missal olaraq, dünyada izləmə rekordları qıran bir sıra populyar serialları nümunə göstərmək olar. Məsələn, “Squid Game”, “La Case de Papel” və s. Bu filmlər son illərdə dünyanın ən çox izlənən seriallarıdır.

Yuxarıda qeyd etdiyimiz filmlərdən biri olan “Squid Game”in əsas süjeti ondan ibarətdir ki, burada külli miqdarda borcu olan insanlar oyun oynayırlar. Amma bu oyun adi oyunlardan tamamilə fərqlidir. Burada uduzan insanlar öldürülür. Serial başdan sona ölümlər, qətllər, orqan alverçiliyi ilə doludur. Bir sözlə bütün mənfi əməllər, düşüncələr filmdə təbliğ edilib.

Maraqlısı isə odur ki, bu film insanlar tərəfin çox maraqla izlənilir və bəyənilir. Hətta filmin ssenaristi açıqlama verərək bildirib ki, bu serialı 10 il əvvəl təqdim etmək istəyib, lakin heç bir qurum, aktyor bu filmdə çəkilmək istəməyib və filmin senarisi bəyənilməyib.

Görəsən 10 il ərzində dəyişən nədir? Niyə 10 il əvvəl qəbul olunmayan senari bu gün izləmə rekordları qırır?

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirb ki, bu filmlərə maraq pandemiyadan sonra başlayıb və buna əsas səbəb insanların asosiallaşmasıdır.

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

“Son iki ildə yəni, pandemiya dönəmində insanlar özünə qapandı və asosiallaşdılar. İnsan sosial varlıqdır və asosiallaşmış insanın qarşısını heç kim ala bilməz. Bu gün statistika göstərir ki, ailə daxili cinayətlər, aqressiya, intihara meyillilik həddindən artıq çoxalıb. Təssüflər olsun ki, hazırda intihar hallarında da yaş məsələsi itib. Yəni, uşaq, yaşlı, gənc nəslində intiharları ilə rastlaşa bilirik. Statistika onu göstərir ki, ailə daxili qətllər də artıb. Hətta bu qətllər çox vəhşicəsinə, yalın əllə törədilir. İnsanların mənəvi aclığı vəhşiləşmiş insanlığın tərənnümüdür.

İnsanların asosiallaşması özlərinin içində olan maraqlarının ortaya çıxmasına səbəb olur. Asosial olan insan daxili ruh halına daha çox dönüb baxır. Sosial olan insan müəyyən hadisələr, insanlar görür və başı qarışır. Daxilində olan ruh halını o qədər də görmür. Amma pandemiya özünün istəklərinin, daxilində özündən belə gizlətdiyi travmaların üzə çıxmasına səbəb oldu.

Hətta bu gün xəstəliyin artması da streslə bağlıdır. Çünki stress immuniteti aşağı salır və orqanizmin xəstəliyə qarşı mübarizəsini azaldır”.

Psixoloqun sözlərinə görə, bu cür filmlər psixoloji həssas, zəif, daxilində aqressiya olan insanları sanki idarə edir.

“Bu idararə heç də yaxı deyil. Bu təlqin xarakteri daşıyır. Hər bir göstərilən film, tədbir, nümunə kimi cəmiyyətə göstərilən iş təlqin xarakteri daşıyır. Hətta cizgi filmlərində də şiddət, gərəksiz nümunələr göstərilir.  Hazırda yeninetmələrin oyunlarında şiddət, bir-birlərini öldürmə, qarşı tərəfi öldürdüyü, incitdiyi üçün özünü qalib hesab etmə var. Bunlar təssüf ki, sadəcə oyunda qalmır və xarakterə çevrilir. Empati bacarığını aşağı endirir və bu insan ətrafa qarşı kar və kor olur. Ətrafa kar və kor olan insanın isə aqressiyaya, cinayətə, qətlə, narkotikə, alkoqolizmə meyilliliyi artır”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »