Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır

Ermənistan parlamentinin müxalifət -  “Hayastan” (“Ermənistan”) bloku noyabrın 9 və 10-da İrəvanda yürüş və mitinqlər keçirməyi planlaşdırır.

Bizimyol.info "srutnik-armeniya"ya istinadən xəbər verir ki, mitinqlə bağlı İravan şəhər merinə parlamentin vitse-spikeri, “Hayastan” blokunun nümayəndəsi İşxan Saqatelyan tərəfindən müvafiq müraciət daxil olub.

Bu barədə deputat Qeqam Manukyan öz sosial şəbəkə səhifəsində məlumat verib.

“Saqatelyan 9 və 10 noyabr tarixlərində mitinq və yürüşlər keçirmək üçün İrəvan meriyasına ərizə təqdim etdiyini təsdiqləyib”,- deyə Manukyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, aksiyaların əsas məqsədi “hər hansı torpaq təhvilinin və ya güzəştlərin” qarşısını almaqdır.

Qeyd edək ki, RİA Novosti-nin məlumatlı mənbələrə istinadən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün planlaşdırıldığını, bunun ardınca üçtərəfli bəyanatların imzalanmasının gözlənildiyini bildirmişdi. Sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bölgədə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı bəyanatın qəbulu da gözlənilir. Bu məqam ötən ilin noyabrında üç ölkə liderinin qəbul etdiyi üçtərəfli bəyanatda artıq öz əksini tapıb.

Öz növbəsində paytaxt meriyasının mətbuat xidməti qeyd edib ki, İşxan Saqatelyanın noyabrın 9 və 10-da saat 18:00-dan 20:30-a kimi Azadlıq meydanında mitinq keçirmək barədə ərizəsinə baxılıb.

Xatırladaq ki, Azərbaycanın socet illərində qüvvədə olan sərhədlərini bərpa etməsi Ermənistanda ağrılı qəbul olunur. O torpaqları əbədi olaraq mənimsədiklərini düşünənlər baş verənlərdən dərin məyusluq keçirirlər və prosesi əngəlləmək üçün Azərbaycanı Ermənistanın suveren sərhədlərini pozmaqda günahlandırılar. Amma Azərbaycan tərəfi dəfələrlə birgə komissiya yaratmağa və sərhədləri sovet illərində olduğu kimi bərpa etməyə çağırışlar edib.

Həmçinin Zəngəzur dəhlizi barədə də Ermənistanda müxtəlif fikirlər dolaşır. Müxalifətin iddialarına görə reallıqda dəhliz adı altında Azərbaycanın nəzarətinə müəyyən ərazilər veriləcək. Başqa bir versiyada isə Ermənistan müxalifəti iddia edib ki, iki ölkə arasında ərazi mübadiləsi də müzakirə edilir. Yəni hazırda Rusiya sülhməramlılarını məsuliyyət zonası müqabilində Qərbi Zəngəzurdan həmin ölçüdə ərazinin Azərbaycan verilməsi nəzərdə tutulur. Lakin bu iddiaların heç biri rəsmən təsdiqini tapmayıb. Xatırladaq ki, ərazi mübadiləsi 1990-cı illərin əvvəllərində ABŞ hökuməti tərəfindən gündəmə gətirilsə də, Ermənistan tərəfi bu təkliflə razılaşmayıb, Azərbaycan tərəfi isə buna heç zaman rəsmi münasibət bildirməyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »