Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək
Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək

Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək , noyabrın 12-də isə Azərbaycan və Türkiyə prezidentləri İstanbulda görüş keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sosial şəbəkə hesabında paylaşım edib.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »