Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ehtiyatda olan hərbi vəzifəlilərin bu gündən təlim toplanışlarına çağırılması həyata keçirilir
Ehtiyatda olan hərbi vəzifəlilərin bu gündən təlim toplanışlarına çağırılması həyata keçirilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bizimyol.info xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, hazırda Xidmət tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »