Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silahlı toqquşmada qadın və uşaqların da olduğu 17 nəfər öldürülüb
Silahlı toqquşmada qadın və uşaqların da olduğu 17 nəfər öldürülüb

Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində radikal Taliban hərəkatının birləşmələri ilə silahlı qruplaşma arasında baş verən toqquşmalar nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 17 nəfər həlak olub.

Bizimyol.info xəbər veririr ki, u barədə bazar günü yerli TASS məlumat verib.

Məlumata görə, ötən gün şəhərin küçələrində atışma nahar vaxtı başlayıb və gün boyu davam edib. Ölənlər arasında yeddi uşaq və üç qadın var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, bu, avqustun 12-də Taliban şəhərə nəzarəti ələ keçirdikdən sonra Heratda ilk belə silahlı toqquşmadır.

Əfqanıstan Daxili İşlər Nazirliyinin əvvəllər Taliban tərəfindən təyin olunmuş sözçüsü Səid Xosti özünün Twitter səhifəsində yazıb ki, adam oğurluğu ilə məşğul olan dəstə ölkənin üçüncü ən böyük şəhərində atəş açmağa başlayıb. Onun sözlərinə görə, üç cinayətkar məhv edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »