Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tutulması üçün 5 milyon dollar mükafat ayrılan narkobaron saxlanılıb
Tutulması üçün 5 milyon dollar mükafat ayrılan narkobaron saxlanılıb

Kolumbiyada ən böyük narkobaron "Otoniel" ləqəbli Dairo Usug saxlanılıb.

Bizimyol.info xəbər verir ki, BBC News-un verdiyi məlumata görə, ölkə prezidenti bu hadisəni “Pablo Eskobarın tutulması” ilə müqayisə edib.

Narkobaron Kolumbiya-Panama sərhədi yaxınlığındakı Antiokiya departamentində yaxalanıb.  Kolumbiya polisi onun yerini iki həftə əvvəl ABŞ və Böyük Britaniya hüquq-mühafizə orqanları ilə birlikdə müəyyənləşdirib.

Narkobaronun tutulmasına polis əməkdaşları, 500 əsgər və 22 helikopter cəlb edib. Əməliyyat zamanı bir polis əməkdaşı həlak olub. Bu, Usuga qarşı uzun illərdən sonra həyata keçirilən ilk uğurlu əməliyyat olub. O, indiyə qədər mobil telefondan istifadə etməyib, əlaqələrini kuryer vasitəsilə həyata kçirdiyi üçün onun yerini müəyyənləşdirmək çətin olub. Yerli hakimiyyət orqanları onun tutulması üçün 800 min dollar, ABŞ hakimiyyəti isə 5 milyon dollar mükafat vəd edib.

Usugun başçılıq etdiyi cinayətkar qrup “Bəy klanı” və ya “Usugi klanı” adlanır. Onun üzvləri narkotik və insan qaçaqmalçılığı ilə məşğul olur, həmçinin Kolumbiyadan, o cümlədən ABŞ və Rusiyaya narkotiklərin nəqli marşrutlarına nəzarət edirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »