Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq

Twitter-in qurucusu və icraçı direktoru Cek Dorsey ABŞ-da və bütün dünyada hiperinflyasiyanın gözlənildiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, J.Dorsey ABŞ-da inflyasiyanın artdığını vurğulayaraq işlərin daha da pisləşəcəyini bildirib.

Dorsey tvitdə ABŞ-da başlayaraq bütün dünyaya yayılacaq hiperinflyasiyanın qaçılmaz olacağını yazıb. "Hiperinflyasiya hər şeyi dəyişəcək", - deyə Dorsey qeyd edib.

Tvit ABŞ-da istehlakçı inflyasiyasının son 30 ilin ən yüksək səviyyəsinə yaxınlaşması və problemin daha da böyüyəcəyi ilə bağlı narahatlıqlar fonunda yayılıb.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Ceremi Povell də bir gün əvvəl verdiyi açıqlamada ABŞ-da iqtisadi canlanmanın çox qeyri-sabit olduğunu və inflyasiyanın gözlənildiyindən daha böyük ola biləcəyini söyləyib.

"İnflyasiyanın yüksəlməsinə səbəb qlobal tədarük zəncirindəki fasilələrinin gözlənildiyindən daha uzun zaman davam etməsidir",- deyən Povell, bu vəziyyətin yəqin ki, gələn ilə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, hiperinflyasiya deyərkən istehlak bazarında bütün məhsularrın qiymətlərinin sürətli artımı nəzərdə tutulur. Bu halda qiymətlər fasilələrlə və az-az deyil, dayanmadan və sürətlə artır. Xatırladaq ki, hiperinflyasiya 1990-cı illərin ortalarına doğru Azərbaycanda və digər postsovet ölkələrində qeydə alınıb. Ardınca Beynəlxalq Valyuta Fondunun sabitləşdirici proqramları nəticəsində postsovet məkanında inflyasiyanın tempini cilovlamaq mümkün oldu. Bu tip inflyasiya adətən, istehsalat böhranı nəticəsində baş verir. Belə ki, istehsal tempi istehlakçıların tələbatını ödəyə bilmir və bu çatışmazlıq böyük miqyas qazanır. Həmçinin istehsal zəncirinin müxtəlif halqalarının sıradan çıxması nəticəsində yekun məhsulun istehsal həcmləri kəskin azalır və nəticədə yüksək tələbat üzündən sürətli bahalaşma müşahidə olunur. Qlobal böhran nəticəsində bir çox orta və irimiqyaslı şirkətlərin sıradan çıxması hazırda bütün dünyada sürətli inflyasiya təhlükəsi yaradıb. Bir çox başqa şirkətlər isə qapanma dövründə fəaliyyətini dayandıraraq əməkdaşlarının sayını azaldıblar və indi açılma dövründə əvvəlki gücünü bərpa etmək üçün zaman tələb olunur.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər