Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“TRT Haber” Ərdoğanın Füzuliyə planlaşdırılan səfərindən bəhs edib
“TRT Haber” Ərdoğanın Füzuliyə planlaşdırılan səfərindən bəhs edib

Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışı günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

“Report” xəbər verir ki, bu fikirlər “TRT Haber”in Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı hazırladığı materialda yer alıb.

Qeyd edilir ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.

Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

“İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

Qeyd edilir ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »