Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baltikyanı ölkələrdə sayca 3-cü aviabazasını istifadəyə verir
NATO Baltikyanı ölkələrdə sayca 3-cü aviabazasını istifadəyə verir

NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.

Bu barədə alyansın hava komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.

"Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq təyyarələri qəbul edə bilir", - NATO-nun məlumatında deyilir.

Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.

Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.(report)

Son xəbərlər
Bütün xəbərlər »