Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbrizdə farsca çıxış etmək istəyən yeni vali döyülüb - Video
Təbrizdə farsca çıxış etmək istəyən yeni vali döyülüb - Video

İranın Şərqi Azərbaycan əyalətinin yeni valisi Zeynəlabidin Hürrem ilk çıxışı zamanı döyülüb.

Bizimyol.info xəbər verir ki, Türkiyənin "Sabah" qəzetin verdiyi məlumata görə, keçmiş İran İnqilabı Keşikçiləri Ordusu komandanı Zeynəlabidin Hürrem yeni vali kimi tribunaya qalxaraq fars dilində nitqinə başlayıb. Daxili işlər naziri Əhməd Vahidinin qatıldığı mərasimdə gözlənilmədən bir nəfər səhnəyə gələrək Hürremə sillə vurub.

İnsidentdən sonra tribunaya qayıdan Hürrəm onu vuran adamı tanımmadığını və onu bağışladığını deyib.

İran dövlət televiziyasına danışan Hürrəm onu vuran adamın həyat yoldaşına kişi tibb işçisi tərəfindən peyvənd vurulduğu üçün belə bir hərəkət etdiyini bildirib.

Amma geniş yayılmış iddialara görə Əyyub Əlizadə adlı həmin şəxs şəhər valisini Təbrizdə türkcə deyil, farsca danışdığı üçün vurub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »