Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neftçi" "Zirə" ilə matçda əzmkar qələbə qazanıb
"Neftçi" "Zirə" ilə matçda əzmkar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Neftçi Zirə ilə matçda əzmkar qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən sujet nümayiş olunub. Görüş isə 1 dəqiqəlik sükutla başlayıb. Bundan başqa, "Neftçi"də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. 32 yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.

Oyuna gəlincə, hesab erkən qolla açılıb. 6-cı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. 39-cu dəqiqədə Sezar Meza Kolli "ağ-qaralar"ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan "Zirə" isə 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk qarşılamasında "Sabah" evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.(report)

Son xəbərlər
Bütün xəbərlər »