Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan 10 səfirin "arzuolunmaz şəxs" elan edilməsi göstərişini verib
Ərdoğan 10 səfirin "arzuolunmaz şəxs" elan edilməsi göstərişini verib

Əskişəhərdə Millət bağının açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin persona-non-qrata elan edilməsinə göstəriş verdiyini açıqlayıb.

Prezident: "Xarici işlər nazirimə təlimatları verdim, ona nə etməli olduğunu söylədim. Dedim ki, ən qısa müddətdə onların persona-non-qrata elanları ilə məşğul olacaqsınız".

"Türkiyəni diplomatiya və iqtisadiyyatda çətinliyə salmaqla hökuməti dəyişməyi hədəflədiyini söyləyənlərin məqsədi ölkəmizin mənafelərini qorumaq deyil", - deyə dövət başçısı bildirib.

"Yaşadığımız çətinliklər müvəqqətidir, amma əmin olun ki, qazanacağımız qazanclar nəsillər boyu davam edəcək. Bu qlobal böhranı, investisiyaları təşviq edəcək, istehsalı artıracaq və məşğulluğu gücləndirəcək bir iqtisadi siyasətlə tarixi bir fürsətə çevirmək istəyirik",- deyə Prezident qeyd edib.

10 səfirin Osman Kavala ilə bağlı açıqlamalarına toxunan prezident Ərdoğan: "Yatırlar, qalxırlar, Kavala. Kavala deyilən kəs Sorosun Türkiyə şöbəsidir. Onunla bağlı Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə həyasızlıqdır. Xarici işlər nazirimizə "siz dərhal bu 10 səfiri persona-non-qrata elan olunması ilə məşğul olacaqsınız" tapşırığı verdim. Dedim ki, bular Türkiyəni tanıyacaqlar, anlayacaqlar. Türkiyəni tanımadıqları, anlamadıqları gün buradan gedəcəklər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »