Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 24 oktyabr, 2021-ci il – Dostluq və ya romantik münasibətlər başlaya bilər
Ulduz falı: 24 oktyabr, 2021-ci il – Dostluq və ya romantik münasibətlər başlaya bilər

Bizimyol.info 24 oktyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ünsiyyətin xoş olacağı bir gündür. Xaraktercə çox fərqli insanların bir-biri ilə anlaşması asan olacaq. İlk tanış olanlar üçün ortaq bir dil tapmaq çox zaman tələb etməyəcək. İntuisiyanıza güvənməlisiniz: yeni tanışlıqlardan nə gözlədiyinizi açıq şəkildə söyləyəyəck. Həm dostluq, həm də romantik münasibətlər başlaya bilər. Gün təxəyyül və ixtiraçılıq, yaradıcı yanaşma tələb edən sahələr üçün uyğundur. Təlimatlara əməl etməyi və hər şeydə qaydalara riayət etməyi üstün tutanlar belə bu gün yeni bir şey ortaya çıxarmağı bacaracaqlar. Cəsarətli təcrübələr çox vaxt uğurlu alınacaq.

Qoç - Həyəcanlı gündür. Görüləsi işlər az deyil və necə davranacağınızı, ilk növbədə nəyi etməli olduğunuzu düşünmək üçün həmişə kifayət qədər vaxt olmur. Xoşbəxtlikdən intuisiyanız sizə kömək edəcək. Onun məsləhətləri sayəsində tamamilə yeni bir vəziyyətdə də tez bir zamanda yolunuzu tapacaqsınız. Məsləhətlər ən yaxşı niyyətlə verilsə də, həmişə yaxşı olmur. Qeyri-adi görüşlərin baş verəcəyi ehtimal olunur. Sizə güclü təsir göstərməsələr də, şübhəsiz ki, sizi bəzi maraqlı düşüncələrə çəkib aparacaqlar. Önümüzdəki həftə ərzində üzərində dayanacağınız fikirlər ortaya çıxacaq.

Buğa - Gün yaxşı xəbərlər gətirəcək, son vaxtlar darıxdığınız insanlardan xəbər tutacaqsınız. Köhnə tanışlarla görüşlər yaxşı duyğular oyadacaq. Şanssız bir vəziyyət və ya anlaşılmazlıq səbəbindən sonlanan bir əlaqəni bərpa etmək şansınız yaranacaq. Keçmişi düşünmək, baş verən hadisələri təhlil etmək faydalı olacaq. Bunu etməklə daha sonra necə davranacağınızı anlayacaqsınız. Həm tanış, həm də tamamilə yeni olan müxtəlif problemləri həll etmək üçün əla bir iş görəcəksiniz. Bu gün qazanılan təcrübə yaxın gələcəkdə sizin üçün önəmli olacaq.

Əkizlər – Asan və həm də əyləncəli gün alınacaq. Yeni şeylər öyrənəcək, çox şeyi anlayacaqsınız. Böyük fikirlər doğulacaq; onlar yaxın gələcəkdə tətbiq olunacaq. Yaxşı sövdələşmələr, bazarlıqlar mümkündür. Pulla əlaqəli hər şeydə bu gün intuisiyanıza güvənə bilərsiniz. Gün maraqlı söhbətlərlə dolu olacaq. Həmişə vacib şeylər haqqında olmasalar da, hətta xırda şeylərdən danışmaq da sizin üçün ilham mənbəyi ola bilər. Çox faydalı bir şey öyrənmək, planlara qərar vermək üçün çatışmayan məlumatları əldə etmək fürsəti qazanacaqsınız.

Xərçəng – Beyninizi xırda problemlərlə çox da məşğul etməyin. Günün əvvəlində bəzi anlaşılmazlıqlar, xoş olmayan təsadüflər ola bilər. Ancaq narahat olmağa ehtiyac yoxdur, çünki müsbət rənglər sürətlə güclənəcəkr, vəziyyət yaxşılığa doğru dəyişəcək. Dostlarla və digər yaxın insanlarla ünsiyyət qurmaqdan həzz alacaqsınız. Əvvəllər çatışmayan dəstəyi ala bilərsiniz. Bu gün həmişəkindən daha çox narahatlıqlar yarana bilər. Çox güman ki, həlli planlaşdırılmamış kiçik xərclər tələb edən bəzi məişət problemləri ortaya çıxacaq. Mümkündür ki, bunlara görə bəzi alışları təxirə salasınız.

Şir - Çox tələsmirsiniz və doğru iş görürsünüz. Tələsik verilən qərarların doğru olması ehtimalı azdır və bütün işlər tez həll oluna bilməz. Sakitlik, konsentrasiya və kiçik detallara diqqət yetirmək səhvlərin qarşısını almağa kömək edəcək. Mümkündür ki, gözləmədiyiniz insanlar ən vacib vəzifələrin həllində kömək edəcəklər.

Səyahətlər xoş olacaq - əvvəlcədən planlaşdırılsa da, sizin üçün tam sürpriz olaraq ortaya çıxsa da... Yolda xoş tanışlıqlar, uzun müddət xatırlayacağınız və dəyərli nəticələr çıxaracağınız söhbətlər mümkündür.

Qız - Günün başlanğıcı xoş sürprizlər və yaxşı xəbərlər vəd edir. Çox tərəddüd etmədən razılaşmalı olduğunuz təkliflərlə qarşılaşa bilərsiniz. Onları qəbul etməklə doğru iş görəcəksiniz. Gəzmək üçün yaxşı vaxtdır. Uzaq bir yerə getmək lazım deyil; daha enerjili və şən əhval qazanmaq üçün mühiti dəyişdirmək kifayətdir. Günün ikinci yarısı daha sakit keçsə də, özünəməxsus şəkildə yaxşı alınacaq. Bu həftə kifayət qədər vaxt tapmadığınız işlərlə məşğul ola bilərsiniz. Bir vaxtlar birlikdə oxuduğunuz və ya işlədiyiniz, ümumi bir işlə məşğul olduğunuz insanlarla görüşlər mümkündür.

Tərəzi - Zəriflik və incəlik bu gün sizin üçün çox faydalı olacaq. Məhz onların sayəsində xoşagəlməz söhbətlərdən, uzun mübahisələrdən, münaqişələrdən qaça bilərsiniz. Son vaxtlar gərgin olan münasibətlər yaxşılığa doğru yenilənəcək və bu sizin sayənizdə olacaq. Başqalarına diqqət yetirirsiniz, nə istədiklərini təxmin edirsiniz, sizin üçün əziz olanların arzularını yerinə yetirməyə çalışırsınız. Sizi valeh edəcək hallar yaşanacaq. Yaradıcılıq tələb edən hər hansı bir sahədə uğurınızı qeydə ala bilərsiniz. Özünüzdə yeni istedadlar kəşf etməyiniz mümkündür.

Əqrəb - Görüşlər və tanışlıqlar üçün əla gündür. Başqalarını maraqlandırmaq, onları heyran etmək sizin üçün asan olacaq. Uğurlarınız və nailiyyətləriniz haqqında danışmaqdan çəkinməyin: indi hər kəs üçün həqiqətən maraqlıdır. Təcrübəniz bir çoxları üçün faydalı ola bilər. Ətrafınızdakı insanlar bunu hiss edir, tez-tez məsləhət istəyir və adətən, onlara əməl edirlər. Gözlənilməyən mənbələrdən daxil qazanc əldə edə bilərsiniz. Aldığınız pulu təmkinlə xərcləyin: bir az sonra pula daha ciddi şəkildə ehtiyacınız ola bilər.

Oxatan - Günün əvvəlində asan uğurlara inanmayın. Hər hansı bir işdə uğur qazanmaq üçün çox çalışmaq lazım gələcək. Bəzi köhnə, həll olunmamış problemlərə qayıtmaq məcburiyyətində qala bilərsiniz. Vaxt ayırsanız, vəziyyəti edə bilərsiniz. Günorta saatlarının daha xoş olduğu ortaya çıxacaq. Bu zaman şansın özü sizin əlinizə keçəcək və özünüzü doğru zamanda doğru yerdə görəcəksiniz. Yaxınlarınızla son vaxtlar sizi narahat edən sualları müzakirə edə bilərsiniz. Birlikdə bir həll yolu tapacaqsınız, vəziyyəti daha da yaxşılaşdırmaq üçün nə edəcəyinizi anlayacaqsınız.

Oğlaq – Gündəlik işlərə ara vermək faydalı olacaq. Həqiqətən sizi maraqlandıran işlərə baş vurun. Ən çox uğur qazana biləcəyiniz yer də budur. İstədiyiniz nəticəni əldə etmək üçün çox vaxt cəhd etməyinizə də ehtiyac olmayacaq: hər şey sanki öz-özünə gedəcək. Elmi uğurlar da ehtimal olunur. Pul məsələsində diqqətli olacağınız gündür. Bu gün bir az mənasız davranışa meylli olacaqsınız, buna görə də boşuna xərclər və pis alışlar mümkündür. Amma hər halda büdcənizə ciddi ziyan dəyməyəcək.

Dolça - Bu gün bir çox şeylərə həmişəkindən daha kəskin reaksiya verəcəksiniz və bəzən başqa bir vaxtda diqqət etmədiyiniz bir şeyi çox ciddi qəbul edəcəksiniz. Xoşbəxtlikdən ətrafınızda sizi sevindirməyi və müsbət əhval-ruhiyyəyə kökləməyi bacaran insanlar var. Onların dəstəyi ilə rahatlıq əldə edəcək və düşüncəli qərarlar qəbul edəcəksiniz. Gün ev işləri üçün münasibdir, onların öhdəsindən tez və asanlıqla gələcəksiniz. Qohumlar həvəslə kömək edəcəklər. Günortadan sonra bazar-dükana gedə bilərsiniz - alış-veriş üçün əla vaxtdır.

Balıq - Gün yaxşı rənglərlə başlayacaq. İlk yarı imtina etmək istəmədiyiniz əla təkliflər gətirəcək. Dostlar gözlənilmədən ziyarətə gələ bilər, onların ziyarətindən məmnun olacaqsınız. Müzakirələr üçün çox maraqlı mövzular və birlikdə görə biləcəyiniz işlər ortaya çıxacaq. Günortadan sonrakı saatlar yeni fikirlər gətirəcək. Yaranan planların icrasına başlamaq hələ tezdir, əlverişli şərait sonraya təsadüf edəcək. Planlar qurarkən bütün detalları düşünməyi, imkanları düzgün qiymətləndirməyi, başqalarının hərəkətlərini proqnozlaşdırmağı unutmayın.

Son xəbərlər
Bütün xəbərlər »