Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Azərbaycan Birgə Media Platforması yaradılıb
Türkiyə-Azərbaycan Birgə Media Platforması yaradılıb

Türkiyə-Azərbaycan Birgə Media Platformasının ilk iclası Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun və Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyevin sədrliyi ilə keçirilib.

Bizimyol.info xəbər verir ki, iclasda platforma çərçivəsində “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşmə” komitələrinin yaradılması qərara alınıb.

Prezidentin kommunikasiya direktoru Altun:

“Liderlərimizin qarşıya qoyduğu hədəflərə uyğun olaraq, güclü perspektiv və dinamik strukturla həm Türkiyə, həm Azərbaycan xalqlarının, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək işlər görəcəyik”.

Azərbaycan Prezidentinin müavini Hacıyev:

“İki ölkənin qardaşlığının və strateji müttəfiqliyinin mühüm elementlərindən birinə çevrilən Birgə Media Platformamız formalaşdırdığımız komitələrin işi ilə effektivliyini daha da artıracaq”

Son xəbərlər
Bütün xəbərlər »