Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma

Keçən il oktyabrın 15-də sosial şəbəkələrdə Azərbaycanın işğaldan azad olunmuş Hadrut şəhərində 2 mülki şəxsin güllələnməsi ilə bağlı video yayıldı. Həmin video ermənilər tərəfindən “Azərbaycanın növbəti hərbi cinayəti” kimi təqdim olunurdu.

Ermənilər tərəfindən "iddia vasitəsi" kimi təqdim olunan video, sosial şəbəkələrdə Tigran Avakian adlı şəxs tərəfindən paylaşılmış, bütün retvit və facebook paylaşımları da ancaq bu şəxsə istinad etmişdi. Müharibə bitdikdən sonra həmin səhifələr də yoxa çıxdı. Sözügedən video haqqında “Bellingcat” saytı da "araşdırma" aparıb və Nik Uoters adlı müəllif videoda hərhansı bir saxtakarlıq görmədiyini qeyd edib.

Tigran Avakian

Bizimyol.info xəbər verir ki, həmin video faktyoxla.lab tərəfindən texnoloji vasitələrlə yoxlanılıb. Müəyyən edilib ki, videoda azərbaycanlı olduğu iddia edilən iki hərbçi, erməni əsiri parkın qarşısında güllələyir. Videoda hərbçilər azərbaycan dilində danışırlar. Saytın araşdırması zamanı müəyyən edilib ki, videoda danışan hərbçilərin aksenti Azərbaycanda yaşamış erməni aksentidir. Araşdırma aparan sayt bunu sübut etmk üçün BBC-nin Azərbaycan bürosunun İrəvan müxbiri - milliyyətcə erməni, vaxtilə Gəncədə yaşamış Aleksey Manvelyanı dinləməyi tövsiyyə edir.

Videoda azərbaycan dilində danışan hərbçilər dili səlist bilmədikləri üçün edam səhnəsində "gözlə" komandası verilərkən əsgər, “gozlayıram da, boy” deyir. Azərbaycan dilinndə bu söz “Gozlayıram” deyil, “Gözləyirəm” olmalıdır. “Gozlayıram da” ifadəsini də adətən bizimlə bir yerdə yaşayan ermənilər deyirdilər.

Daha sonra qeyd edilir ki, videolardakı obyektlərə görə bu kadrların 39.524118, 47.027827 koordinatlarında qeydə alındığı müəyyən edilib. Bu koordinatlar Azərbayanın Dağlıq Qarabağ ərazisində, Xocavənd rayonunda yerləşən, 30 il işğalda olan Hadrut qəsəbəsini (şəhər) göstərir.

ərazi

Azərbaycan tərəfi Hadrutu 9 oktyabrda işğaldan azad etdiyini elan etsə də, bəlli olurdu ki, orada bir neçə gün ağır döyüşlər gedib. Şəhər bir neçə dəfə əldən-ələ keçib. Hətta erməni oliqarxın layihəsi olan wargonzo saytının rəhbəri də 13 oktyabrda oradan reportaj hazırlamış, Ermənistan MN sözçüləri Şuşan və Artsyun dəfələrlə şəhərin onların əlində olduğunu bildirmişdilər. Yəni, oktyabrın 15-ə qədər şəhərə Azərbaycan Ordusunun tam nəzarət etdiyini demək faktiki mümkün deyildi.

Hadrut

Saytın məlumatına görə, BBC əməkdaşları, bu kadrları Hadrutun peykdən çəkişi ilə tutuşduraraq hadisənin baş verdiyi yeri müəyyən ediblər. Bura şəhərin şimal hissəsidir. Amma “edam səhnəsi” nədənsə şəhərin ermənilərin artilleriya zərbələri və snayper atəşləri altında olan cənub girişinin bir kilometrliyində (Mkrtıçyan küçəsində) aparılıb.

Mkrtıçyan küçəsi

“Kölgə analizi” nəticəsində çəkilişin 14 oktyabr, saat 15:11 aparılıb. (Nik Uotersin araşdırmasına görə). Amma araşdırmaçı müəllif, 1-ci videoda nisbətən yaşlı əsir saxlanılarkən onun kölgəsinin yerə düşməsi faktına fikir bildirməyib. SunCalc internet resursunda ölçmələri apardıqda kadrların 15:11-də deyil (çünki kölgənin uzunluğu burada 1,76 metrdir), həmin vaxtdan xeyli sonra təxminən günorta 16:10-da çəkildiyini göstərir.

əsirin kölgəsi

Saytın araşdırmasında deyilir ki, əsirlərdən biri tutularkən hərbiçilərin qış geyimi olan “buşlat”da olub. Həmin gün isə Qarabağda 29 dərəcə isti, günəşli hava olub. Bu da deməyə əsas verir ki, bu kadrlar Hadruta erməni əsgərlər nəzarət etdiyi vaxtlarda, təqdim olunan vaxtdan xeyli qabaq, haradasa oktyabrın 8-i və ya 9-u qeydə alınıb.

Saytın təqdim etdiyi kadrlarda (edam videosu çəkilən parkda) “yerli televiziya”da 2019-cu ilin avqustunda yayımlanan bir tədbir əks olunur. Eyni yer olduğu görünür. Burada diqqəti cəlb edən yuxarıdakı edam səhnəsində arxada yazılan “Qarabağ Azərbaycandır” yazısıdır. Bu məqam diqqətimizi cəlb etdi və videokadrlarda həmin fraqmentləri araşdırdıqda gördük ki, məhz bu hissə videoya sonradan montaj edilib. Çünki son illərdə dilimizdə əzbər olan “Qarabağ, Azərbaycandır” ifadəsini heç bir azərbaycanlı, “GaraPağ AzərbayGan”dır yazmaz. Bunu Azərbaycan dilini səlis bilməyənlər edə bilərlər.

səhv yazılan yazı

Xüsusilə qeyd edilib ki, dünyanın heç bir ordusu və heç bir əsgəri taqətsiz (oturubsa deməli ayaq üstə dayana bilmir), yəni oturaq halda edam ETMƏZ! Bu, əsgər adına və ləyaqətinə böyük bir ləkədir. Bu kadrlardan sonra bəlli olur ki, əslində erməni rejissorlar "əsirləri" niyə əyləşdirib "edam" edirlər. (Video-analiz məqalənin əvvəlində təqdim olunub). Bəlli olur ki, “əsirlərin” yaxın oturmasının səbəbi sonradan yıxılan qoca əsirin arxada gizlətdiyi tüstüverən qurğunu işə salması üçün imiş. Güllələnmə səhnəsində "azərbaycanlı" komandirin “başları nişan al” əmrindən sonra güllələr kənara gedir, amma başlara güllə dəymir. Niyə? Çünki başa dəyən gülləni imitasiya etmək mümkün deyil. Qan tökülməli, beyin dağılmalıdır. Kadrlarda isə bir damcı qan ləkəsi də görünmür. Fakyoxla.lab saytı, sözügedən videonu çox dərindən araşdırıb. Araşdırma zamanı güllələrin asvalta və bardura dəymədiyi qeyd edilib.

saxta vurulma videosu

Videonun Azərbaycan tərəfindən deyil, ermənilər tərəfindən yayılması da ayrıca qeyd edilməli məqam hesab edilib. Çünki müharibə dövründə qəhrəman əsgərlərimizin qəhrəmanlığını əks etdirən videolar, elə onların özü tərəfindən yayılırdı.

Bellingcat-ın əməkdaşı, əksər MDB məkanı ölkələrinin ordusunda mövcud olan ekipirovkanı çəkinmədən Azərbaycan Ordusuna məxsusluğunu bildirir və bu aruqmentlərə əsaslanaraq hadisənin, məhz Azərbaycan əsgərləri tərəfindən törədildiyini rahatlıqla iddia edir.

iddia

Saytın araşdımasının nəticəsi isə budur ki, Hadrut şəhəri işğaldan azad edilərkən iki erməni əsgərinin güllələnməsi videosu real deyil, saxta ssenari əsasında çəkilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »