Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeni narkotik vasitələr insanı dəli edir"
"Yeni narkotik vasitələr insanı dəli edir"

Qeydiyyatda olan narkomanlar əvvəllər dəfələrlə və yaxud bir dəfə hər hansı bir dövlət müəssisəsində müalicə almış şəxslər - "köhnə narkomanlar", Səhiyyə Nazirliyinin "riskin azaldılması" məqsədli "Metadon" layihəsinə cəlb edilə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə narkomaniya üzrə ekspert Emil Maqalov məlumat verib.

Emil Maqalov Emil Maqalov

"Biz, yeni narkomaniyaya başlayanları da müalicə etməyə başlasaq, hər kəs narkotiklərdən istifadə etməyə başlayar. Düşünərlər ki, onsuz da pulsuz və anonim şəraitdə müalicə var, gedərəm ora. Həm də qeyd edim ki, yeni narkotik (patı-şüşə) istifadəçiləri bilməlidir ki, bunun müalicəsi yoxdur. Bunun müalicəsi, sadəcə istifadəçinin özündədir. İstifadə etmirsə, bitir.

Yeni narkotik vasitələrinin ağrısı olmur. Onlar sadəcə öldürür. Yeni narkotik vasitələr insanı dəli edir. Dəli edən şəxslər də hər şey edə bilər.

Biz köhnə narkotiklərdən istifadə edənləri və köhnədə müalicə alan və müalicələri uğursuz olan şəxsləri müalicəyə cəlb edə bilirik" - deyə E.Maqalov vurğulayıb.

İlahin,  Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »