Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə qədər acınacaqlı olsa da, uşaqlar da ağır cinayətlər törədir"
"Nə qədər acınacaqlı olsa da, uşaqlar da ağır cinayətlər törədir"

Bir neçə gün əvvəl Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb.

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsləri saxlayıb. Məlum olub ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar, yetkinlik yaşına çatmayan şəxslərdir. Onlar haqqında müvafiq tədbirlər görülüb.

Dünən isə Xırdalanda 15 yaşlı uşaq bıçaqlanıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.

Son zamanlar uşaqlar tərəfindən törədilən cinayətlərin artdığının şahidi oluruq. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 14-17 yaşlı 207 uşaq azadlıqdan məhrum edilib. Onlardan 81 nəfəri azadlığın məhdudlaşdırılması, 61 nəfəri isə azadlıqdan məhrumetmə, 45 nəfəri şərti məhkumetmə cəzası ilə cəzalandırılıb. 13 nəfər cərimə edilib, 4 nəfər ictimai işlərə və 3 nəfər də islah işlərinə cəlb edilib.

Mütəxəssislərin fikrincə 14-17 yaşlı uşaqlar müxtəlif cinayət hadisələri ilə məsuliyyətə cəlb edilib: "Uşaqlar arasında oğurluq halları daha çox baş verir. Nə qədər acınacaqlı olsa da, uşaqlar da ağır cinayətlər törədə bilir. Məsələn, bu uşaqlardan 8 nəfəri qəsdən adamöldürmə cinayət ilə məsuliyyətə cəlb edilib, 29 uşaq isə qəsdən sağlamlığa zərər vurmaqla ittiham edilib. Xuliqanlıq 14, quldurluq 6, narkotik cinayətləri 7, digər cinayətlər 21, soyğunçuluq 11, seksual xarakterli hərəkətlərə görə 8 uşaq məsuliyyət cəlb edilib". - Bu barədə Bizimyol.info saytına psixoloq Leyla Zaman danışıb. Psixoloq qeyd edib ki, Dövlət Statistika Komitəsi mütəmadi olaraq uşaq cinayətləri ilə bağlı statistikanı yeniləyir. Mütəxəssis bildirir ki, uşaqlara verilən cəzalar, onlarla psixoloji söhbətlərdən sonra təyin edilir.

Bəs uşaqlar niyə cinayət törədir?

Ekspert bildirir ki, uşaqlar çox zaman etdikləri əməlin cinayət tərkibli olduğunu bilmədikləri üçün cinayət törədirlər. Bəzən valideynlərin, bəzən yaşıdlarının təsiri ilə uşaqlar cinayət əməli törədir: "Bir müddət əvvəl Balaxanıda ana və qızı birləşərək atanı öldürmüşdü. Belə cinayətlər ya valideynin təsiri ilə, ya da uşağın son həddə çatmasına görə baş verir. Ancaq cinayət hadisələrinin çox hissəsi bütün olmayan ailələrin uşaqları və küçə uşaqları tərəfindən həyata keçirilir. Onlarla profilaktik söhbətlər aparılır və bəzən müsbət nəticə əldə edilir".

Psixoloq qeyd edir ki, uşaq yaşlarından cinayət törədənlər sonradan bu əməlləri təkrar törədir. Yəni, bir dəfə cəzaçəkmə müəssisəsinə düşnən uşaqlar, sonradan oradan cinayətkar kimi çıxa bilər. Bu səbəbdən də uşaqlara törətdikləri cinayət əməllərinə görə cəza verilən zaman, çox diqqətli şəkildə təhlil aparılır.

"Uşaqlar, hüquqları bilmədikləri üçün hərhansı bir addımı atanda, cinayəti törədəndə onun cinayət olduğunun fərqinə varmırlar. Yaşıdlar arasında ağır cinayətlər, adamöldürmə, qəsdən yaralama və s. bu zaman uşaq qəddarcasına əvəz çıxmaq, yaşıdları arasında "havalı" görünmək üçün bu addımı atır. Sonra nə olacağını heç özü də bilmir" - deyən psixoloq qeyd edir ki, uşaqların cinayət əməli törətməsinin qarşısının alınmasında valideynin böyük rolu var.

Valideyn uşağı ilə mütəmadi söhbətlər aparmalı, ona hüquqlarını izah etməli, cinayət əməlləri haqqında bacardığı qədər məlumat verməlidir. Amma bəzən valideynlərin də məlumatsız olduqlarını qeyd edən psixoloq, məktəblərdə uşaqlara bu vəziyyətlərin tədris edilməsinin tərəfdarı olduğunu deyir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »