Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda məişət zorakılığı yüksək səviyyədə deyil"
"Azərbaycanda məişət zorakılığı yüksək səviyyədə deyil"

Ötən həftə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfindən Azərbaycanda keçirilən "Tvininq" layihəsi çərçivəsində seminarlarda iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu, Azərbaycanda həyata keçirilən Tvininq layihəsidir. Layihə Avstriya, Litva ölkələri ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə yanvar ayında bitəcək.

Sədaqət Qəhrəmanova Sədaqət Qəhrəmanova

"Mövzu aktual bir mövzudu: "Məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçrilən tədbirlər". Bu istiqamətdə biz ölkə olaraq həm Litvada, həm də Avstriyada rəsmi səfərdə olduq, onların təcrübələrini öyrəndik. Tvininq layihəsi çərçivəsində ölkədə bir çox tədbirlər həyata keçirildi. Əsas məqsəd, məişət zorakılığı ilə bağlı hansı təşkilatlar məşğul olursa, idarələr müəssisələr, nazirliklər və s. onlarla tədbirlərin, seminarlaırn keçirilməsi və bu istiqamətdə dialoqun həyata keçirilməsidir" - deyə S.Qəhrəmanova bildirib.

Məişət zorakılığının qarşısının alınması üçün biz hansı yolu seçməliyik və hansı tədbirlər həyata keçirilməlidir

Komitə rəsmisi qeyd edib ki, bu gün media nümayəndələri ilə təlim keçirilir. Bu günə qədər hüquq mühafizə orqanları əməkdaşları, prokurorluq, ədliyyə və s. nazirliklərin nümayəndələri ilə seminarlar keçirilib.

"Bizim üçün ən vacib olan media işçiləridir. Çünki informasya birbaşa sizdən gedir. Bu informasiyanın necə verilməsi məişət zorakılığı anlayışı mövzusunda bizim ekspertlər sizinlə fikri mübadiləsi apardılar.

Məişət zorakılığı; həssas, ictimai, sosial bir mövzudur. Bəzən insanlar düşünür ki, bu sadəcə dövlətin işidir. Amma bu təkcə dövlətin işi deyil. Məişət zorakılığı məişətdə və ailədə baş verir. Burada məsul insanlar; ailə üzvləri, qohumlar, qonşular, bu ailə ilə təmasda olan təhsil və səhiyyə ocaqlarıdır. Əgər hiss edirlərsə, ailədə narahatlıq, problem var və bununla bağlı harasa müraciət etmək lazımdır. Biz bu istiqamətdə daha çox bələdiyyələrlə çalışırıq. Çünki bələdiyyələr bilavasitə ailənin içində olan qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyətlərini gücləndirmək məqsədilə bütün bələdiyyələrdə "gender və məişət zoraklığı" komisiyaları yaradılır. Bir il əvvəl bələdiyyələrlə bu istiqamətdə onlayn tədbirlər keçirilib, amma bu yetərli olmayıb. Hazırda biz praktiki tədbirlər həyata keçiririk. Litvada olarkən onların təcrübəsini öyrəndik. Litvada bələdiyyələr bu iş üzrə çalışır. Çünki bələdiyyələrin ərazisi çox böyük deyil. Onlar çox rahatlıqla öz ərazilərində olan ailələri təhlil edə bilirlər. Ailələrin hansı risk qrupuna aid olduğunu müəyyən edə bilirlər" - deyən S.Qəhrəmanova bildirib ki, hazırda Sabunçu rayonu pilot kimi götürülüb. Onun sözlərinə görə, ölkədə bu mexanizmin qurulması faydalı olar.

Məişət zorakılığı, əhali sayına görə çox olmasa da, inkişaf edir və artır. Məişət zorakılığı, cəmiyyətin korroziyasıdır. Məişət zorakılığı olan ailələrdə yetişən uşaqlar, aqressiya və psixoloji problemli insanlar kimi formalaşır.

"Məişət zorakılığı məsələsini araşdıran zaman qurban qadındırsa, ən önəmlisi bizim üçün o ailədə yetişən uşaqdır. Litva təcrübəsinə görə, məişət zorakılığı baş verən ailələrdən uşaqlar alınır və uşaqla məşğul olmağa başlayırlar" - deyə S.Qəhrəmanova qeyd edib.

Medianın məişət zorakılığı mövzusu üzrə rolu...

"Məişət zorakılığı baş verir və siz bunu cəmiyyətə çatdırırsınız. Baş kəsilməsi və s. bu barədə məqalələr yayınlanır. Bəzən elə məlumatlar yayılır ki, elə situasiyalarda olan ailələr də o informasiyaya baxırsa, düşünür ki, "mən də bu hadisəni törətsəm, öldürsəm, başını kəssəm, məsələ bitəcək".

Bu intihar hallarına da aiddir. İntihar halları məişət zorakılığı baş verən ailələrdə müşahidə edilir. İnsan, son həddə çatanda intihara əl atır. Bu informasiyalar elə formada verilməlidir ki, oxucu qarşısına sual qoyulsun ki, "çıxış yolu budurmu? Nə üçün?". Sual qoyub düşünməyə vadar etməyi bacarmaq lazımdır.

Media nümayəndələrinin məişət zorakılığını şərh etməsi bizim üçün çox önəmlidir. Media nümayəndələri, məsələlərə həssaslıq göstərməklə yanaşı, maarifləndirmə xarakterli məlumat verməlidir. Biz birinci növbədə çalışmalıyıq ki, zorakılıq hallarının qarşısı alınsın və baş verməsin. Zoraklıq halı baş verən kimi hadisə yerinə gedib araşdırmaq lazımdır. Bizdə isə hadisə baş verən kimi komitəyə zəng vururlar ki, "komitə nə iş görüb". Komitə, iş görən qurum deyil. İşi, ərazidə olan qurumlar görür. Yaxşı olardı ki, media nümayəndələri hadisə baş verən yerdə olub hadisəni təhil etsinlər. Məişət zorakılığına məruz qalanı deyil, zorakılığı törədənlə bağlı danışmaq lazımdır. Ona suallar vermək lazımdır" - deyə S.Qəhrəmanova əlavə edib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə çıxşı zamanı bildirib ki, zorakılıq sözü insanda başqa təəssürat yaradır. Bəlkədə yavaş-yavaş bu termini məişət zəmnində baş verən anlaşılmazlıqlar ifadəsinə çevirə bilsək yaxşı olar: "Azərbaycanda zorakılıq yüksək səviyyədə deyil. Hər bir ölkənin öz mentaliteti var. Bizim ölkəmizdə də özümüzə məxsus mentalitetimiz var. Biz Qərblə Şərqin kəsişməsində olan bir dövlət kimi ən yaxşı xüsusiyyətləri özümüzdə cəmləşdiririk. Biz barışmağı, bağışlamağı da bacarırıq. Əksər hallarda bu hadisələrin kökündə bağışlamamaq və barışmamaq durur. Şəhər və kənd yerlərində baş verən bu hadisələrin araşdırılması və kökündə hansı faktorlar durur, bunun da araşdırılması vacib olardı. Bu məsələlərə ali təhsil müəssiələrinin cəlb olunması və dərslərdə bu istiqamətlərə yer verilməsi yaxşı olardı. Biz Bakı Dövlət Universiteti olaraq əməkdaşlığa hazırıq".

Tədbirin sonunda jurnalistlərə sertifikat verilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »