Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
"İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"

Pərviz Heydərov: “Tehrandakılar əslində nə qədər ağılsız və aşağı səviyyəli düşüncə sahibi olduqlarını sübut ediblər”

“Rəsmi Tehran Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu sərt və kəskin çıxışlarından sonra artıq geri addımlar atmağa məcbur oldu. Dövlətimizin başçısı heç kimdən çəkinmədən və açıq bəyan etdi ki, İran uzun illər Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə narkotik tranziti həyata keçirib”.

Bu Bizimyol.info saytına açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, İran iki dövlət arasındakı vəziyyəti gərginləşdirməklə, əslində özünü pis vəziyyətə saldı:

Pərviz Heydərov Pərviz Heydərov

Ekspert düşünür ki, bu dövlətin rəsmiləri səhv addımlar atdıqlarını və qərarlar verdiklərini söyləməklə, əslində özlərini beynəlxalq cəmiyyət və region dövlətləri qarşısında təmizə çıxarmağa və hamıdan ağıllı göstərməyə çalışırlar:

“Bu belə də olmalıydı! Tehran heç zaman Zəngəzur dəhlizinin açılmasını və Azərbaycanın illər boyu nəqliyyat sahəsində əldə etdiyi nailiyyətləri qəbul etməyib. Həmçinin, ölkəmizin bu sahədə gördüyü işlərə, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı həyata keçirilən layihələrdə iştirakına qısqanclıqla yanaşıb və əlində olan bütün vasitələrlə rəsmi Bakıya mane olmağa çalışıb. Bu ölkənin əslində dövlətimizin aparıcı qüvvəyə çevrilməsinə qarşı çıxması üçün əlində elə də real vasitə yoxdur. Əgər dövlətimizə qarşı hansısa addım atarlarsa, bu özlərinə qarşı çevriləcək və Azərbaycanla münasibətdə düzgün mövqe tutmadığı, başqa niyyətlər güddüyünü üzə çıxaracaq”.

P.Heydərovun sözlərinə görə, Tehranın bu məsələyə daha çox fars şovinizmi və fars-türk tarixi münasibətləri nöqteyi-nəzərindən yanaşır:

“Onlar elə düşünlər ki, Azərbaycan Türkiyə ilə ortaq hərəkət edərək dünyaya birgə çıxış əldə edəcək. Əslində bu dəhlizdən İranın nə qədər iqtisadi mənfəət əldə edəcəyini və nə qədər iqtisadi səmərəyə səbəb olacağını da düşünmək lazımdır. Artıq Tehranda bu amilləri anlamağa başlayıblar. Dəhlizin açılması tək Azərbaycan və Türkiyə üçün deyil, həm regionun bütün dövlətləri, həm Rusiya, həm də İran üçün də böyük dividentlər vəd edir. Tehrandakılar Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək barədə düşünməklə, əslində nə qədər ağılsız və aşağı səviyyəli düşüncə sahibi olduqlarını sübut ediblər. Əgər İran Azərbaycana qarşı siyasi ambisiyalarını sürdürməkdə davam edərsə, bu onun özünə ziyan vuracaq və çox böyük dividentlərdən mərhum olacaq”.

İrandakı Astara ilə Azərbaycandakı Astaranı birləşdirəcək Şimal-Cənub xəttinin Şimali Avropa ilə Hindistanı bağladığını deyən müsahibimiz qeyd etdi ki, xəttin istifadəyə verilməsi Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyə imkan verir:

“Bu məsələyə bəsit yanaşmaq da düzgün deyil. Xüsusilə də məhz Azərbaycan-İran münasibətləri və aralarında yaranmış gərginlik fonunda fikir söyləmək düzgün deyil. Bu dəhliz əsasında bir neçə ölkənin strateji maraqları mövcuddur. Əgər İran Azərbaycanla münasibətlərini ABŞ-la və ya İsrail əlaqələrin mövcudluğu prinsipi çərçivəsində və ya hər hansısa subyektiv səbəblərdən pisləşdirməkdə və nəqliyyat dəhlizlərindən ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə etməkdə davam etsə, neçə ölkə İranla münasibətlərinə yenidən baxmaq zərurəti yaranacaq. Məsələn, Rusiya həmin dəhliz vasitəsi ilə bir neçə ölkəyə çıxış əldə edir. Əgər Tehran dövlətimizə qarşı aqrasessiyasına davam edərsə, Moskvanın buna necə qarşılıq verəcəyini təxmin edə bilərikmi? Digər dövlətlərin məsələyə münasibəti necə olacaq? Bu məsələdə bütün region, hətta Avropa dövlətlərinin marağı Azərbaycanda birləşir. Bunu artıq Tehranda çox yaxşı başa düşürlər”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »