Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanışlıq saytlarında profil şəkli çox şeydən xəbər verir...
Tanışlıq saytlarında profil şəkli çox şeydən xəbər verir...

Onlayn tanışlıqlar zamanı qarşınıza necə birinin çıxacağını bilmək çətindir.

Kanadalı alimlər tanışlıq saytlarındakı profil fotolarını analiz edərək, bunu anlamağında bir yolu olduğunu müəyyən edib. Ciddi münasibət axtaran 225 kişi və 225 qadın fotoları üzərində aparılan araşdırmaya görə, uzunmüddətli münasibət axtaran kişilərin 40 faizi profil şəkillərində it şəklinə daha çox yer verirlər. Qısa münasibət, əyləncə axtaran kişilər isə, avtomobil, motosiklet və ya sinələrinin fotolarına üstünlük verir. Araşdırmaya görə, it şəkilləri kişiləri daha dominant göstərir. Bu isə əgər "itə baxa bilirlərsə, uşağa da baxa bilərlər" fikrini formalaşdırır.

Saint Mary Universitetinin nümayəndəsi və araşdırmanın müəlliflərindən olan Maryan Fişer qeyd edib ki, tanışlıq saytlarındakı profillərinə itləri ilə çəkilən fotolar qoyan kişilər, bir ev heyvanına baxa və yaşada bilirlər, münasibətlərini də uzun müddət davam etdirə bilərlər. Araşdırmalar, pişiklərin daha qadınsayağı görüntü verdikləri üçün itlərin vəziyyəti daha çox düzgün şəkildə əks etdirdiyini müəyyən edib. Araşdırmanın nəticəsinə görə, 225 qadından 46-sı ciddi münasibət deyil, əyləncə axtarırmış.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »