Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gecə eyni saatda oyanıb narahatlıq keçirməyin səbəbi nədir...
Hər gecə eyni saatda oyanıb narahatlıq keçirməyin səbəbi nədir...

Gecə vaxtı hər gün eyni saatda yuxudan oyanıb bir neçə saat yata bilmirsiniz. Ağlınıza müxtəlif fikirlər gəlir. Əslində bu dönəm həyatınızla bağlı son dərəcə önəmli xəbərdarlıq hesab edilə bilər.

Çin təbabətinə görə, bədən günün hər saatında fərqli funksiyaları yerinə yetirir. Çinlilər bu müddəti bədənlərimizin gün boyu dəyişən enerji axışına görə müəyyən edir, bütün orqanlarımızın, duyğularımızın və bacarıqlarımızın zirvə nöqtələrini müəyyən edən fərqli saatlar olduğunu düşünürlər. Və əgər günün müəyyən saatında bədən enerjisi bir maneə ilə qarşılaşırsa, bunun bir reaksiyaya səbəb olduğunu, məsələn, gecə yuxudan oyanmağa səbəb olduğunu iddia edirlər. Bu nəzəriyəyə görə, 24 saatlıq bioloji saatımız belə işləyir:

  • Səhər saat 9:00-11:00 arasında enerjimiz dalaqda yığılır. Bu nəzəriyəyə görə, bu vaxt işləmək və aktiv olmaq üçün ideal vaxt hesab edilir.
  • Günorta 11:00-13:00 arasında enerji ürəkdə yığılır. Qidalanma və sosiallaşma bu vaxt həyata keçirilməlidir.
  • Günortadan sonra 13:00-15:00 saatlarında enerji, nazik bağırsağa axır. Bu müddətdə problemlərimizi həll etmək və işlərimizi qaydasına qoymaq üçün ideal vaxtdır.
  • Axşamüstü 15:00-17:00 saatlarında enerji, sidik kisəsində yığılır. Bu müddət işləmək və bitki çayları içmək üçün ideal hesab edilir.
  • Axşam 17:00-19:00 saatlarında enerji, böyrəklərdə yığılır və bu zaman yemək yemək və bədən enerjinizi yenilənmək üçün uyğun zaman hesab edilir.
  • Axşam 19:00-21:00 saatlarında enerji, ürək zərində yığılır. Bu vaxt sosiallaşmaq, flört etmək və əylənmək üçün ideal vaxt hesab edilir.
  • Axşam 21:00-23:00 saatlarında enerji gicgahlarımıza axır və bu zamanı səssiz, sakit keçirmək lazımdır. Kitab oxumaq üçün bu vaxt ideal vaxt hesab edilir.
  • Gecə 23:00-01:00 saatlarında bədən enerjisi, öd kisəsində yığılır. Bu müddəti ideal keçirmək üçün yatmaq və yenilənmək lazımdır.
  • Gecə saat 01:00-03:00 saatlarında enerji, qaraciyərə axır və bu müddət dərin yuxu ilə əlaqələndirilir.
  • Gecə saat 03:00-05:00 saatlarında isə enerji ağciyərlərdə toplanır və yuxu zamanı bədən toksinlərdən təmizlənir.
  • Səhər saat 05:00-07:00 saatlarında enerji, qalın bağırsaqlarda toplanır. Bu saatlarda gəzmək və bol-bol su içmək lazımdır.
  • Səhər 07:00-09:00 saatlarında bədən enerjisi, mədədə yığılır. Bu zaman vitamin və proteinlə zəngin səhər yeməyi yemək və zərif fəaliyyətlər üçün ideal zamandır.

İndi isə gəlin, gecə oyanmağımızın səbəblərini müəyyən edək.

  • Axşam 21:00-23:00 saatlarında yuxuya getməkdə çətinlik çəkmək həddən artıq stres və qayğıya işarədir. Buna görə də bu müddətdə rahatlaşmağa çalışmaq, problemləri düşünmə işini sabaha buraxmaq şəxsə fayda verəcək və dərin yatmağa imkan yaradacaq. Bu müddətdə meditasiya ilə məşğul olmaq da əhəmiyyətlidir.
  • Yuxunun gecə 23:00 və 03:00 arasında bölünməsi iki fərqli vəziyyətə işarədir. Bunlardan biri qaraciyərin toksinləri atmaq funksiyasını həyata keçirərkən çox güc sərf etməsidir. Buna görə gün içində qəbul edilən qidalara diqqət etmək və sağlam qidalanmaq lazımdır. İkinci səbəb isə mənəvi sıxntılar və xəyal qırıqlıqlarıdır. Əgər vəziyyət budursa, bunu gündəlik həyatınızda qəbul etmək və sevmək, həm özünüzü, həm də başqalarının probemlərini həll etmək probleminizi həll edə bilər.
  • Səhər 03:00-05:00 arasında yuxudan oyanma kədərlə əlaqəlidir.
  • Səhər 05:00-07:00 arasında yuxudan durmaq isə həm yaxşı, həm də pisdir. Ənənəvi Çin təbabətinə görə, yuxudan oyanmaq üçün ən yaxşı vaxt, məhz bu vaxtdır. Ancaq bu saatlarda yuxudan durmaq, neqativ düşüncələrlə də əlaqələndirilir. Əgər hər gün bu saatlarda oyanırsınızsa, hər iki ehtimalı düşünün. Bununla yanaşı, diqqət etməli olduğunuz bir məqam var. Bu saatlarda yuxudan oyansanız, heç bir zaman qərar almaq və ya plan qurmaq barədə düşünməyin. Çünki bu qısa müddətli oyanma vəziyyətində beynimizdə qərar almağa məsul olan prefrontal korteks oyanmış halda olmur. Bu səbəbdən də qeyd edilən saatlarda yuxudan oyandığınız zaman böyük radikal qərarlar almağı düşünməyin.

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »