Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərini öldürən qadının cinayət işi məhkəməyə göndərilib
Ərini öldürən qadının cinayət işi məhkəməyə göndərilib

Bu il mayın 9-da 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı İnnesa İsmayılova qeyd edilən tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundovu spirtli içkinin təsiri altında olmasından istifadə edərək evin dəhlizində itələyərək yerə yıxıb, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla sonuncunu boğaraq öldürüb.

İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »