Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ABŞ-dan "F-16"ların alınması prosedurna başlayıb
Türkiyə ABŞ-dan "F-16"ların alınması prosedurna başlayıb

Türkiyə Amerika Birləşmiş Ştatlarından F-16 qırıcılarının alınması prosedura başlayıb.

Bizimyol.info xəbər verir ki, bunu "Anadolu" agetliyinə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Artıq "F-16"ların alınması ilə bağlı texniki işlərə başlanılıb, biz bu prosesi izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun güclənməsi deməkdir", - deyə H.Akar bildirib.

Rusiyadan S-400 zenit-raket komplekslərini aldıqdan sonra Türkiyəyə təzyiq göstərməyə çalışan ABŞ, 2019-cu ildə bu ölkəyə beşinci nəsil F-35 təyyarələri verməkdən imtina etdi. Lakin bu, əks effekt verdi - son vaxtlar mütəmadi olaraq Ankaranın Moskvadan yeni nəsil təyyarələr almaq imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılır.

Bundan əvvəl Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirmişdi ki, Ankara amerikalı qırıcıların tədarükü ilə bağlı Vaşinqtonla razılığa gələ bilməsə, ölkəsi Rusiyanın Su-35 və Su-57 təyyarələrini almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »