Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşviliyə həbsxanada qan köçürülüb
Saakaşviliyə həbsxanada qan köçürülüb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə həbsxanada qan köçürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.

"Saakaşvili artıq 21-ci gündür ki, aclıq aksiyası keçirir. O, həbs olunduğu gün - oktyabrın 1-dən aclıq aksiyası elan edib.

Onun qan göstəriciləri çox pisdir və biz ona qan köçürməyə məcbur olduq. Transfüzyon yaxşı keçdi. Həbsxana həkimləri və təcili yardım briqadası bizə kömək etdi. Hazırda vəziyyəti stabildir. Amma onun klinikada müalicə olunmasına ehtiyac var", - deyə Kipşidze bildirib.

Eyni zamanda həkim qeyd edib ki, eks-prezident həbsxana klinikasında müalicə olunmaqdan imtina edir və o, özü də bir həkim kimi bunu tövsiyə etmir.

Qeyd edək ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze ehtiyac yaranarsa, eks-prezidenti Qldani həbsxanasının 18 saylı tibb müəssisəsinə yerləşdiriləcəyini bəyan edib.

Gürcüstanın hüquq müdafiəçisi Nino Lomjaria isə izah edib ki, Saakaşvilini zorla cəzaçəkmə müəssisəsinin xəstəxanasına yerləşdirmək yalnız real təhlükə yaranarsa, o zaman onun özü razılıq verə bilməyəcəyi halda mümkündür.

Bu arada Saakaşvilinin həbsxana xəstəxanasına yerləşdirilməsinə onun vəkilləri də etiraz edirlər və bu halda eks-prezidentin başqa məhbuslar tərəfindən öldürülə biləcəyini etimalının nəzərə almağın vacib olduğunu bildiriblər.

Ədliyyə Nazirliyi bütün təhlükəsizlik tədbirlərini görəcəyini vəd edərək belə bir vəziyyəti istisna edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »