Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Premyer Liqasında II dövrəyə start verilir
Azərbaycan Premyer Liqasında II dövrəyə start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

Məlumatına görə, VIII turun ilk oyun günündə 2 qarşılaşma gerçəkləşəcək.

Açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Hazırda paytaxt klubu 1 xalla sonuncu, "gənclik şəhəri" təmsilçisi isə 8 xalla 5-cidir. İki gün öncə Ramin Quliyevi istefaya göndərən meydan sahibləri bu görüşə baş məşqçisiz çıxacaqlar.

Komandalar indiyədək ölkə çempionatında 12 dəfə qarşılaşıblar. Bu oyunların 4-də "Sabah", 6-da "Sumqayıt" qələbə qazanıb. 2 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də qonaqların xeyrinədir - 17:12. İki kollektiv arasında son üç matçın hərəsində 2 qol vurulub. “Sabah”ın bütün ev oyunlarında hər iki komanda fərqlənib və meydan sahibləri qalib gəlməyib.

Günün növbəti oyunu "Bakcell Arena"da gerçəkləşəcək. 14 xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən 2 xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar"ın heyətində Xorxe Korrea zədə səbəbindən meydana çıxa bilməyəcək. "Qartallar"da isə Filipe Paxtman və Georgi Stoilov analoji səbəbə görə oynamayacaq.

Bunadək Premyer Liqada 23 dəfə qarşılaşmış komandaların duelində "Zirə"nin aşkar üstünlüyü var. Qonaqlar 11, meydan sahibləri 6 dəfə qələbəni bayram ediblər. 6 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti isə bərabərdir - 24:24. “Neftçi” son iki oyunda qalib gəlib. “Zirə” isə son üç səfər görüşündə qol vurmayıb.

Azərbaycan Premyer Liqası

VIII tur

23 oktyabr (şənbə)

16:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bank Respublika Arena”.

18:15. “Neftçi” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bakcell Arena".

Qeyd edək ki, turun digər 2 oyunu oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.(report)

Son xəbərlər
Bütün xəbərlər »