Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna vətəndaşı "Facebook"dan 178 milyon şəxsi hesabı oğurlayaraq satıb
Ukrayna vətəndaşı "Facebook"dan 178 milyon şəxsi hesabı oğurlayaraq satıb

Amerikanın Facebook şirkəti, Ukrayna sakinindən sosial şəbəkənin 178 milyon istifadəçisinin şəxsi məlumatlarını oğurlamaqda ittiham edərək məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, şirkətdən verilən məlumata görə, müvafiq iddia Kaliforniyanın Şimal dairəsi üzrə məhkəmənin elektron məlumat bazasında yerləşdirilib.

Facebook nümayəndələri iddia edirlər ki, 2018-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan müddətdə "Solomame" adı ilə tanınan Aleksandr Solonçenko sosial şəbəkənin 178 milyon istifadəçisinin hesablarının identifikasiya məlumatlarına və telefon nömrələrinə çıxış əldə edib. Sənəddə göstərildiyi kimi, bunun üçün o, Messenger proqramı vasitəsilə avtomatik olaraq istifadəçilərə sorğu göndərən xüsusi proqram təminatından istifadə edib.

İttihama görə, Solonçenko oğurlanmış məlumatları 2021-ci ilin may ayında ixtisaslaşmış onlayn forumda satıb. Bundan əvvəl o, Ukrayna Privatbankının və bir Fransız analitik firmasının 10 milyon istifadəçisinin məlumatlarını əldə edərək portalda pulsuz yerləşdirdiyi iddia edilir.

"Solonçenko xidmət şərtlərini və platforma qaydalarını pozaraq hərəkət edib", - iddia ərizəsində deyilir. Facebook rəhbərliyi məhkəmədən Solonçenkonun dəymiş ziyanı ödəməklə şirkətin xidmətlərindən istifadəni qadağan eetməyi tələb edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »