Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib

Arxeoloji qazıntılar yeni həqiqətlər üzə çıxarır. Məlum olur ki, avropalılar Amerikaya Xristofor Kolumbdan 5 əsr əvvəl gedibmiş. Köhnə yaşayış yerlərindəki artefaktlar 1021-ci ilə işarə vurur. Yəni avropalılar 1000 il əvvəl Şimali Amerikaya ayaq basıbmış.

Bizimyol.info xəbər verir ki, məşhur səyyah Xristofor Kolumbun Amerikanı 1492-ci ildə kəşf etdiyi bildirilir. O, əvvəlcə buranı Hindistan sayıb. Amma tarixdə yenə də Amerikanı kəşf edən şəxs kimi qalıb. Arxeoloji qazıntılar isə fərqli reallıq ortaya çıxarıb.

Kanadadakı tapıntılar avropalıların düz 1000 il əvvəl Amerikaya ayaq basması faktını təsdiqləyir. Nyufaundlenddə kötük, budaq, ağac parçaları vikinqlərin xeyli əvvəl bura gəlməsindən xəbər verir. Tapıntılar haqda elmi məqalə yazan Qroningen Universitetinin zaman müəyyənləşdirmə metodları üzrə eksperti Maykl Di hesab edir ki, şimal xalqı Amerikaya ilk dəfə birinci minilliyinin sonlarına yaxın ayaq basıb.

“Tədqiqatçılar çoxdan bilirdilər ki, vikinqlər təxminən o vaxt Amerikaya gəlib çatıblar. 1960-cı illərdə burada arxeoloqlar tipik orta əsr Norveç üslubunda tikilmiş səkkiz taxta çərçivəli torf binasının qalıqlarını, həmçinin yüzlərlə ağac, tunc və sümük artefaktını aşkar etmişdilər. Orada 40-a yaxın insanın yaşadığı güman edilir”.

Əslində, İslandiya dastanları bu məsələyə açıq eyham vururdu. Diqqətlə oxuyanda vikinqlərin xeyli əvvəl uzaq yerlərə qədəm qoyduğunu anlamaq olurdu.

Mütəxəssislərə 993-cü ildə baş vermiş kosmik şüalanma çox kömək edir. Çünki həmin hadisə ağaclarda müəyyən iz buraxıb. Ağaclarda kəsiklər konkret vikinqlərin istifadə etdiyi daş alətlərlə qoyulub. Üç ağac artefakt şimal xalqının buralara 1000 il əvvəl gəlməsindən danışır.

Mütəxəssislər əmindir ki, hər hansı qeyri-dəqiqlikdən söhbət gedə bilməz. Tarixin bir dövründə böyük dəyişikliklərə səbəb olmuş vikinqlər Amerikanı Xristofor Kolumbdan daha tez kəşf edib. Sadəcə, dastanlardan başqa heç bir tarixi sənəd bundan söz açmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »