Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliyalı futbolçu Bruninyo evində güllələnib - Foto
Braziliyalı futbolçu Bruninyo evində güllələnib - Foto

Braziliyalı oyunçu Bruninyo Belemdəki evində güllələnib.

Bizimyol.info xəbər verir ki, Braziliya mətbuatının verdiyi məlumata görə, 23 yaşlı braziliyalı yarımmüdafiəçi Bruninyo səhər saatlarında Belemdəki evində öldürülüb.

Şahidlərin sözlərinə görə, bir nəfər onun evə girərək futbolçunu güllələyib.

Təcili Tibbi Yardım Stansiyasına çatdırılan futbolçunu xilas etmək mümkün olmayıb.

Braziliya polisi hadisə ilə bağlı araşdırma aparıldığını və cinayəti törədənin axtarıldığını bildirib.

bruninho-evinde-vurularak-olduruldu-M8Qe

Polis həmçinin hadisə ilə bağlı məlumatı olan hər kəsdən xəbər verməsini istəyib.

Bir müddət əvvəl "Sociedade Esportiva de Picos" (SEP) komandasında çıxış edən Bruninyo, komandanın A Liqasından B Seriyasına düşməsindən sonra komandadan ayrılıb.

23 yaşlı futbolçu o vaxtdan bəri heç bir klubla müqavilə imzalamayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »