Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sizin ölkələrdə özümüzü hər zaman öz evimizdəki kimi hiss etmişik"
"Sizin ölkələrdə özümüzü hər zaman öz evimizdəki kimi hiss etmişik"

Türkiyənin İstanbul şəhərində Türk Şurasının mediaforumu başlayıb. Bizimyol.info xbər verir ki, tədbir Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Köklü keçmiş, güclü gələcək" şüarı altında keçirilir. Türkiyə Rabitə Naziri Fəxrəddin Altun, çıxışı zamanı tədbir iştirakçılarına öz təşəkürünü bildirərək qeyd edib ki, hər bir Türk ölkəsində çox səmimiyyətlə qarşılanıb və heç bir zaman özünü getdiyi ölkədə yad hiss etməyib.

"Sizin ölkələrdə özümüzü hər zaman öz evimizdəki kimi hiss etmişik. Ümid edirəm ki, biz də sizə eyni hissi yaşada bilərik. Məlumdur ki, keçən il bu vaxt Azərbaycanın Qarabağdakı torpaqları hələ işğaldan azad edilməmişdi. Azərbaycanın qəhrəman ordusu döyüşlərdə olduğu zaman ermənilərin sivillərə və yaşayış məntəqələrinə hücumları davam edirdi. Bu hücumlarda beynəlxalq şəkildə qadağan edilmiş bombalar və silahlar istifadə edilirdi. Gəncədən Mingəçevirə qədər hücumlar həyata keçirilirdi. Çox deyil bundan bir il əvvəl ermənilər, silahlarını məsum insanların üzərinə çevirərək gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına və enerji qaynaqlarına dikmişdi. Biz də Azərbaycanlılarla bu mübarizədə çiyin-çiyinə mübarizə aparmaq şərəfinə nail olduq. 44 gün müddətində bir tərəfdən Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına çalışarkən, digər tərəfdən isə birlikdə dezinformasiya ilə mübarizə apardıq. Dünyanın ən çox izlənilən media quruluşları vasitəsilə, ermənilərin unutdurmağa çalışdığı həqiqətləri, bir-bir var gücümüzlə bütün dünyaya çatdırmağa çalışdıq. Ölkə başçılarımızın təlimatları ilə Hikmət Hacıyevlə yaxın koordinasiya halında informasiya cəbhəsində də vargücümüzlə mübarizə apardıq. Bunlarla yanaşı, sosial şəbəkələrdə də yalan xəbərlərə və dezinformasiyaya imkan vermədik. Və nəticədə qazanılan qələbəni Türk dünyasına ərmağan edə bildik" - deyən Altun, Allahdan şəhidlərə rəhmət diləyib və əlavə edib ki, "Qarabağ Azərbaycandır".

Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan, tədbirə video mesaj göndərib: "Rəqəmsal faşizmin dağıdıcı təsirindən nə qədər inkişaf edirsə etsin, heç bir ölkə və cəmiyyət qorunmuş deyil. Türk dünyası rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartlarından da qorunmuş deyil.

Xüsusilə, 44 gün davam edən Dağlıq Qarabağ müharibəsi zamanı şahid olduğumuz ikiüzlü davranışlar, məsələnin ölkələrimiz üçün önəmini bir daha göstərdi. Ermənistan ordusunun sivilləri hədəf alan soyqırım və balistik raket hücumları heç gündəmə gətirilmədi. Media azadlığı və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları, Ermənistanın rəsmi xəbər agentliyi kimi hərəkət etdi. Qarabağ müharibəsi, ökələrimiz və Türk dünyası ilə əlaqəli həqiqətlərə qarşı tətbiq edilən media embarqosunun nə ilk nə də son nümunəsidir. Sözdə soyqırım iddiaları başda olmaqla tariximizin, milli təhlükəsizliyimizin və millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda bənzər davranışlarla qarşılaşırıq"- deyə Ərdoğan qeyd edib.

Şimali Kiprin prezidenti Ərsin Tatar da forumdakı çıxışına Azərbaycanın Qarabağ savaşındakı qələbəsi münasibəti ilə təbrik sözlərini çatdıraraq başlayıb. "Onların zəfəri bizim zəfərimizdir. Orda tarix boyu yaşananları qəbul etmək mümkün olmazdı. Biz də sizin qardaşlarınızdan biriyik. Biz də tariximizdə sizinlə eyni acıları yaşadığımız üçün sizi daha yaxşı anlayırıq. Biz eyni soydan - eyni kökdən olan, ortaq dəyərləri bölüşən və şərqi Aralıq dənizində təmsilçiniz olan Türklərik" - deyə E.Tatar bildirib.

Qeyd edək ki, Türk Şurası Media Forumu, ilk dəfə 10 il əvvəl Qazaxıstanda baş tutub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »