Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir

Türkiyədə dollar göz açmağa imkan vermir. Lirə ABŞ valyutasına nisbətdə sürətlə dəyər itirir. Oktyabrın 21-də dollar yenə sıçrayış nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, dünən axşam saatlarında ABŞ valyutasının Türkiyədəki məzənnəsində kəskin artım olub. Dollar təxminən 0.3 əmsal yüksəlib. Birjalarda lirəyə nisbət 9.49 olub. Oktyabrın 22-si də Türkiyə valyutası üçün pis başlayıb. Dollar 9.5 həddini aşıb. Xəbər yazılanda məzənnə 9.60-a çatmışdı.

Lirənin belə sürətlə dəyər itirəcəyi heç gözlənilmirdi. ABŞ pul vahidi 2021-ci ilin əvvəlində 6 lirədən ucuz təklif olunurdu. Zamanla dollar Türkiyədə gücləndi. Payız girəndən lirə xarici valyuta qarşısında heç davam gətirə bilmir. 10 həddinə yetişməyə bir şey qalmayıb.

Türkiyə Mərkəzi Bankının atdığı addımlar da işə yaramır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etməyə çalışıb. Mərkəzi Bankın rəhbərliyində istefalar olub. Amma mütəxəssislər lirənin yenə dəyər itirəcəyinə əmindir.

Türkiyədə avro da rekord qırır. Oktyabrın 21-də 11 həddi aşılıb. İndi avro 11.18 lirəyə təklif olunur.

Qardaş ölkədə sosial media lirəyə lağ kampaniyasına başlayıb. Milli valyutanın sürətlə zəifləməsinə xeyli status həsr olunub. Məsələn, yazırlar ki, dollar 10 lirə olanda “sıfır”ın birini atarıq. Başqa bir statusda dolların ölkədə türk gəncliyi kimi inamla irəlilədiyi rişxəndlə qeyd olunub.

Dolların artıq gələn həftə 10 həddinə çatması gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »