Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Salmonella” epidemiyası yenidən gündəmə gəldi - Qırmızı soğandan yoluxur
“Salmonella” epidemiyası yenidən gündəmə gəldi - Qırmızı soğandan yoluxur

Dünya koronavirus epidemiyasının öhdəsindən gəlməyə çalışsa da, digər epidemiyalar insan sağlamlığını təhdid etməkdə davam edir. Belə ki, ötən il Kanadada ciddi problemlərə səbəb olan Salmonella virusu yenidən gündəmə gəlib.

Bizimyol.info xəbər verir ki, Amerikalı mütəxəssislər, virusun Meksikadan gətirilən soğanlarda aşkarlandığını bildiriblər və soğanların atılmasını tələb etdiblər.

“Meksikanın Chihuahua şəhərindən gətirilən qırmızı, ağ və sarı soğanları atın. Soğanla təmasda ola biləcək səthləri yuyun və dezinfeksiya edin”-deyə mütəxəssislərin xəbərdarlığında bildirilir.

Bu çağırışdan sonra amerikalılar evlərindəki soğanları atmağa başlayıblar.

Qeyd edək ki, ABŞ-ın 37 ştatı “Salmonella” epidemiyası ilə mübarizə aparır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »