Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir

İran prezidenti İbrahim Rəisi Şərqi və Qərbi Azərbaycan əyalətlərinə səfər edib.

Bizimyol.info xəbər verir ki, prezident dünənki səfəri zamanı, xarici qüvvələrin region xalqlarına yaxşılıq istəmədiklərini bildirib.

Şərqi və Qərbi Azərbaycan əyalətlərinin nümayəndələri ilə görüşdə Raisi: "Bölgədəki əcnəbilər öz ekspansionist maraqlarını güdürlər və biz sionistlərin qonşularımızla münasibətlərimizin pozmasına icazə verməyəcəyik", - deyiə bildirib.

Prezident əlavə edib ki, mehriban qonşuluq, iqtisadi-ticarət əlaqələri, eləcə də sərhəd bazarlarının canlandırılması İran İslam Respublikasının əsas proqram və siyasi xəttidir. Qonşularla mübadilə bölgədə iqtisadiyyatın və digər ölkələrlə əlaqələrin daha da inkişaf etməsinə kömək edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »