Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Covid digər virus və bakteriyalar kimi ömürlük bizim kainatda qalacaq” – Həkimdən açıqlama
“Covid digər virus və bakteriyalar kimi ömürlük bizim kainatda qalacaq” – Həkimdən açıqlama

Son günlərdə uşaqlar arasında sürətlə yayılan və uzun müddət “candan çıxmayan” virus valideynləri qorxuya salıb. Valideynlər bu virusun nə olduğunu, uşaqlarının Covidə yoxsa başqa bir xəstəliyə yoluxduğunu aydınlaşdıra bilmir.

Həkim Nurəngiz Hacıyeva Bizimyol.info-ya açıqlaması zamanı valideynlərin narahatçılığına son qoyub və bildirib ki, son günlər uşaqlar arasında Coviddən daha çox qrip yayılıb.

Nurəngiz Hacıyeva Nurəngiz Hacıyeva

“Gedişi daha çox orta qulağın iltihabı ilə fəsadlaşır. İngiltərə səhiyyəsinin əməkdaşlarının verdiyi məlumat və proqnozuna görə, bu qış covid və qrip eyni zamanda dövr edəcək. COVID-19 və qrip hər ikisi qızdırma, üşütmə, yorğunluq, öskürək və ağrı ilə müşahidə ediləcək. COVID-19 daha çox tənginəfəslik və dad- qoxu itkisi qeyd edilməsidir.

Hər bir insanın orqanizmində olan 100 trilyon hüceyrənin yalnız 32,2%-i, yəni 32,2 trilyonu orqanizmə məxsus spesifik hüceyrələrdir. Yerdə qalanı, yəni 68,8 trilyonu, mikrob, virus, bakteriya və s. kimi patogen, şərti-patogen və saprofit mikroorqanizmlərdir. Uzunmüddətli birbaşa ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, fərdlər arası, bu mikroorqanizmlərdə “yadlaşma” və simbiozluğa “əks müqavimət” halı yaranır. Bu səbəbdəndir ki, il yarım çəkən fərdi təcrid rejimindən sonra, ilk dəfə birbaşa kontakt və ünsiyyət formasına keçildiyindən, fərdlər arasında virus ştammlarına münasibətdə “nisbi yadlaşma və əks müqavimət” yarandı”.

Həkim xəstəlikdən çıxış yolunun yalnız adi gigienik qaydalara riayət, normal həyat ritminin bərpa etmək olduğunu bildirib.

“Hər iki infeksiya zamanı yalnız simptomatik müalicə və sakitlik rejiminə (evdə qalmaq) əməl olunması tələb olunur.

Covid isə yuxarıda sadaladığım digər virus və bakteriyalar kimi ömürlük bizim kainatda qalacaq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »