Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Piter Pan" sindromunun əlamətləri hansılardır...
"Piter Pan" sindromunun əlamətləri hansılardır...

Uşaqların tək düşündüyü, kimsənin onlara haqsızlıq etmə haqqının olmamasıdır. Siz ona haqsızlıq etsəniz də, o, sizi sevir, amma heç bir vaxt əvvəlki uşaq olmur.

Piter Pan Sindromu, ilk dəfə 1983-cü ildə həkim Dan Kiley tərəfindən aşkar edilib. Piter Pan, sonsuz gəncliyi və bitib tükənməyən uşaqlığı simvolizə edir. Xəstəliyi, qısaca olaraq şəxsin böyümək istəməsi kimi tanıda bilərik. Piter Pan sindromlu şəxs, böyüdüyü halda uşaq davranışları sərgiləyə bilər. Xəstəlik orta yaşlarda ortaya çıxmağa başlayır.

Kileyə görə, xəstəliyin yaranmasında əsas səbəb ailə basqısı, ananın avtoritar davranışları və atanın gücsüzlüyüdür. Xəstəlik, əsasən 18-25 yaşlarında başlaya bilər. 30 yaşında isə şəxs, böyüdüyünü tamamilə rədd edə bilər.

Piter Pan sindromu, psixoloji problem olsa da, ciddiyə alınmayıb.

Sindromun inkişaf etmiş mərhələləri;

  • 10-15 yaş arası: Qorxduğu üçün özünə qapanır və dünya ilə əlaqəsini kəsib təkliyə çəkilər. Vəzifələrindən qaçar.
  • 16-22 yaş arası: Özünü bəyənmə və tərifləmə, yüksək səviyyədədir. Aqressiv davrnışlar yaranmağa başlayır.
  • 23-25 yaş arası: Xroniki narahatlıq, hiss etməyə başlayır. Xoşbəxt bir həyat yaşamadığı düşüncəsinə düşər.
  • 26-30 yaş arası: Şəxsə bu günə qədər müşahidə edilən əlamətlər artar.
  • 45 yaş və sonrası: Uşaq kimi edilən davranışların sayı artır. Özünü uşaq kimi hiss edir və qarşılaşdığı hadisələrə uşaq kimi reaksiya verir.

Piter Pan sindromunun əlamətləri nədir?

  • 11 yaşında ciddi məsuliyyətsizliklə müşahidə edilməyə başlar. Uşaqlıq dövründən etibarən, özünü göstərməyə başlayar. Bu dönəmdə müəyyən edilməsi çox çətindir. Davamlı olaraq gərgin olur və ətrafı ilə əlaqəsi, ünsiyyəti çox azdır. Ətrafına heç bir inamı yoxdur.
  • 15 yaşına çatdığı zamna isə təkliyi seçər. Sosiallaşmanın ən üst səviyyədə olduğu və dostluq münasibətlərinin ən çox müşahidə edildiyi bu dövrdə gənclər, adətən tək qalmağa üstünlük verərlər. Dost çevrəsi də olduqca azdır.
  • 18 yaşında valideynləri tərəfindən dəstəklənmə ehtiyacı hiss edər. Bu dövrdə şəxsdə daxili çaxnaşmalar başlayır.
  • Bu psixoloji narahatlıq, qadın və kişilərdə özünü fərqli göstərir. Qadınlarda super qadın rolunu öhdəsinə almağa çalışmaq davranışı müşahidə edilir.
  • 20 yaşında narsizm meydana gəlir. Hirs və gərginlik müşahidə edilməyə başlanar. Şəxs özünü idarə etmə qabiliyyətini itirir. Əsəbləşən zaman qeyri-adi reaksiyalar göstərər. Mənəvi baxımdan yaşadığı inamsızlıq boşluğa düşməsinə səbəb olar.
  • 22 yaşından sonra bütün duyğular passivləşməyə başlayar. Bu dövrdə duyğular itir. Sosial həyatın olmaması ilə yanaşı, 30 yaşından sonra həyatın bütün istiqamaətlərində ümidsizlik duyğusu yaşanılır. Məsuliyyət altına girmək istəməzlər.
  • Sosial təzyiqlərə boyun əyməyə başlayan bu şəxslər, cinsi baxımdan yetərsiz olduğunu düşündüyü üçün münasibətlərə başlamağa qorxar. Münasibət başlada və davam etdirə bilməzlər. Böyük kimi davranmağı tamamilə rədd edərlər.

Əgər ətrafınızda belə insanlar varsa, əsəbləşməyin və güzəştə getməyi öyrənin. Onların ruhi xəstə olduqlarını qəbul edin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »