Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama

Saytımızda oktyabrın 9-da Goranboy rayonunun Xan Qərvənd kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə yazı dərc etmişdik. Xəbərdə bildirilirdi ki, hadisə nəticəsində Xan Qərvənd kənd sakini Pərviz Rəfi oğlu Abbasov vəfat edib və onun ailə üzvləri hadisə zamanı yaralanıb. Qəzada həyatını itirən Pərviz Abbasovun atası Rəfi Abbasov isəbu hadisə ilə bağlı qeyri-obyektiv araşdırmadan narazıdır. O, iddia edir ki, qəzanı törədən şəxs gizlədilir, onun əvəzinə başqası məsuliyyətə cəlb olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Bizimyol.info-ya açaıqlama verərək bildirib ki, vətəndaş Rəfi Abbasovun baş vermiş yol nəqliyyat hadisəsinin gizlədilməsi və ya qeyri-operativ araşdırılması ilə bağlı iddiaları həqiqəti əks etdirimir.

“Məlumat üçün qeyd edim ki, oktyabr ayının 9-da Goranboy-Tərtər yolunun Xan Qərvənd kənd ərazisindən keçən hissəsində İlkin Nuruzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili, Tərtər RPŞ-də xidmət aparan, polis serjantı İmran Hüseynlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili və Pərviz Abbasovun idarə etdiyi Naz Lifan markalı avtomobil ilə toqquşub.

Nəticədə P. Abbasov hadisə yerində ölüb, onun yoldaşı və övladları, İ. Nuruzadə və onun avtomobilində olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparmış, müvafiq avto-ekspertiza təyin etmişdir. Qəzada iştirak edən digər iki sürücü sərxoşluq müayinəsindən keçirilib və məlum olub ki, hadisə zamanı hər iki sürücü spirtli içki qəbul etməyib.

Faktla bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılaraq araşdırılması üçün rayon prokurorluğuna göndərilib.

Onu da qeyd edim ki, qəzada iştirak edən polis serjantı İ. Hüseynli hadisə zamanı xidmət başında deyil, məzuniyyətdə olub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »