Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi
“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi

"Sun" markası – 8 noyabr - Zəfər Günü ərəfəsində Masallı, Cəlilabad və Salyan bölgələrində yaşayan şəhid övladları üçün “Müasir Psixologiya Mərkəzi” və “Xarıbülbül fidanları” təşkilatı ilə birlikdə "Bakı sizi səsləyir" layihəsi həyata keçirildi.

Layihə çərçivəsində şəhid övladları ilk olaraq II Fəxri Xiyabanı, General Polad Həşimovun məzarını ziyarət etdilər və Zəfər yarmarkasında əsgərlərə məktub yazdılar.

“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi

Qobustan qoruğu, Bakı bulvarı və Bakının digər müxtəlif gözəl yerlərini gəzdikdən sonra uşaqlarla müxtəlif interaktiv oyunlar keçirildi. Daha sonra isə şəhid övladları psixoloji diaqnostika edilərək psixoloji dəstəyə ehtiyacı olanlar müəyyənləşdirildi və psixoloji dəstək verildi.

“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi

Bakı ilə tanışlıq, interaktiv oyunlar və psixoloji diaqnostika ilə dolğun 2-günlük Bakı səyahətinin son günü uşaqlar Bakı Zooloji parkını və “Suraxanı” gəmi muzeyini ziyarət etdilər. Suraxanı gəmi muzeyində təşkil olunan tədbirdə müğənnilər Amil Həsənli və Samirə Allahverdiyeva çıxış edərək həm uşaqları ruhlandırdı həm də əyləndirdi. Sonda isə “Sun” markası və “Xarı bülbül fidanları” adından hədiyyələr təqdim edildi.

“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim yad etmək hər birimizin borcudur. Əsas vəzifələrimizdən biri isə onların bizə əmanət qoyub getdiyi ailələrini unutmamaq və onların daim yanında olmaqdır. “Sun” markası bu layihə ilə birlikdə şəhid övladlarına kiçik də olsa bir töhfə verdi və bundan sonra da bu kimi sosial məsuliyyət layihələrini davam etdirəcək.

“Sun” markası şəhid övladları üçün “Bakı sizi səsləyir” layihəsini həyata keçirdi

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »