Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Çinlə müharibə etmək istəmirik, amma geri də çəkilməyəcəyik
Bayden: Çinlə müharibə etmək istəmirik, amma geri də çəkilməyəcəyik

ABŞ prezidenti Co Bayden deyib ki, Vaşinqton Çinlə soyuq müharibə istəmir, lakin Tayvanı müdafiə etməkdən də geri çəkilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Bayden Merilend ştatının Baltimor şəhərində keçirilən ictimai toplantıda CNN-ə müsahibə verərkən deyib.

"Mən Çin Xalq Respublikasının sədri ilə çox danışmışam və buna çox vaxt sərf etmişəm - digər liderlərdən daha çox. Siz yəqin ki, insanların "Bayden Çinlə yeni soyuq müharibəyə başlamaq istəyir" söylədiklərini eşitmisiniz. Mən Çinlə soyuq müharibə istəmirəm. Mən istəyirəm Çində başa düşsünlər ki, biz geri çəkilməyəcəyik, heç bir fikrimizi dəyişməyəcəyik".

Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla bütün dünya dövlətləri ABŞ-ın ən yaxşı hərbi qüvvələrə malik olduğunu bilir: “ABŞ-ın rəqiblərinin daha güclü olacağından narahat olmayın, onların ciddi səhvə yol verməsinə səbəb olacaq addımlar atıb-atmayacağından narahat olmalısınız”.

Amerika lideri “Çin hücum edərsə, Birləşmiş Ştatların Tayvanı müdafiə etməyə hazırdırmı” sualına “Bəli, bizim buna öhdəliyimiz var”, - deyə cavab verib.

Bizimyol.info

Paylaş »
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »