Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur qida şəbəkəsi qadınların maaşlarını artırır
Məşhur qida şəbəkəsi qadınların maaşlarını artırır

İndi dünyada qadın haqları heç vaxt olmadığı qədər müdafiə olunur. “Makdonalds” (McDonald’s) bu işə töhfəsini vermək qərarına gəlib. Məşhur qida şəbəkəsi qadınların maaşlarını artırır.

Bizimyol.info xəbər verir ki, “Makdonalds” cinslər arasında balansı qorumaq istədiyini açıqlayıb. Qida şəbəkəsi indiyə qədər bu məsələyə həssas yanaşdığını bildirib. Buna baxmayaraq, restoranlar qrupunda kişilər qadınlardan daha çox maaş alır.

“Makdonalds” açıqlayıb ki, əslində, işçilərinin daha çox hissəsi – 54 faizi zərif cinsin nümayəndələridir. Sadəcə, kişilər məvacib məbləğində azacıq üstündür. Şirkət bunu aradan qaldırır.

ABŞ əmək statistikası bürosunun açıqlamasına görə, ümumiyyətlə, ölkədə qadınlar kişilərin gəlirinin 82 faizi qədər qazanc görür. Ümumdünya Səhiyyə Təşkilatı qlobal böhranın qadınlara daha çox zərər vurduğunu deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »