Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da film çəkilişi zamanı güllələnən operator ölüb, rejissor yaralanıb
ABŞ-da film çəkilişi zamanı güllələnən operator ölüb, rejissor yaralanıb

ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub.

“TMZ” portalı xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.

Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.

Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.(apa)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »