Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zibillikdə karton tullantıları toplayan qadın çanta dolu qızıl tapdı, sahibini axtardı
Zibillikdə karton tullantıları toplayan qadın çanta dolu qızıl tapdı, sahibini axtardı

Türkiyənin Bursa şəhərində maraqlı hadisə baş verib.

Zibillikdə övladı ilə karton tullantıları toplayan qadın çanta dolu qızıl tapıb. Əfqanıstandan olan ana dərhal polisə məlumat verib. Asayiş keşikçiləri məişət tullantıları olan yerə gəlib.

Bizimyol.info xəbər verir ki, qadının tapdığı qızıl saxta çıxıb. Polis zinət əşyalarının sahibini tapa bilib. Həmin şəxs qızılı imitasiya üçün istifadə etdiyini deyib.

Sosial mediada əfqan qadını dürüstlüyünə görə alqışlayıblar. Yayılan videoda onun böyük yük arabasını necə çətinliklə dartması yer alıb. Bir çox insan əziyyətlə çörəkpulu qazanan qadına kömək etməyə hazır olduğunu yazıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »