İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsinin İranla münaqişəsinin “zaman məsələsi” olduğunu və bunun çox da uzaqda olmadığını bildirib.
Bizimyol.info xəbər verir ki, "Walla News" saytına verdiyi açıqlamada nazir Aviqdor Liberman İsrail və İran arasındakı gərginliyi qiymətləndirib.
Liberman 2015-ci ildə imzalanan nüvə sazişinin yenilənməsi üçün İranla planlaşdırılan danışıqlara toxunaraq: "Heç bir diplomatik proses və ya razılaşma İranın nüvə proqramını dayandıra bilməz", - deyə bildirib.
Açıqlamalarında İranı hədəf alan Liberman: "İranla qarşıdurma yalnız zaman məsələsidir və bu uzaqda deyil", - ifadəsini işlədib.
Qeyd edək ki, oktyabrın 18 -də İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərdə, İsrail rəhbərliyinin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edilmişdi.