Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin vəkilləri onun təhlükəsizliyindən narahatdırlar
Saakaşvilinin vəkilləri onun təhlükəsizliyindən narahatdırlar

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin həbsxana xəstəxanasına köçürüləcəyi təqdirdə həyatı təhlükə altında qalacaq.

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstan mətbuatına onun vəkilləri deyib.

Saakaşvili 21 gündür həbsxanada aclıq aksiyası keçirir. Bir gün əvvəl həkimlər şurasının yazdığı dərmanları qəbul etməyə razılıq versə də, aclıq aksiyasına son vermək niyyətində olmadığını söyləyib.

Gürcüstan ədliyyə naziri Rati Breqadze lazım gələrsə, Saakaşvilinin Gldani şəhərindəki 18 saylı həbsxana xəstəxanasına yerləşdiriləcəyini deyib.

"Hakimiyyət əvvəl Mixail Saakaşvilinin istənilə klinikaya köçürüləcəyini bildirib, indi isə onun həbsxana xəstəxanasına yerləşdiriləcəyi bəyanatı verməsi ləyaqətsiz davranışıdır. Bütün bunlar hakimiyyətin Saakaşviliyə qarşı təxribat hazırladığını göstərir", - deyə vəkil Basilaya bildirib.

Onun sözlərinə görə, Gldani həbsxanasında müxtəlif cinayətlərə görə məhkum edilmiş minlərlə vətəndaş var, buna görə də prezidentin həbsxana xəstəxanasında müalicəsi təhlükəlidir.

Mixail Saakaşvili sentyabrın 29 -da gizli şəkildə Ukraynadan Gürcüstana gəlib və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Saakaşvili bir neçə cinayət işi açılıb və hazırda Rustavi həbsxanasında saxlanılır. Saakaşvili həbsini qanunsuz hesab edir, özünü siyasi məhbus hesab edir və ittihamları rədd edir. O, həbs olunduğu gün azadlığa buraxılmasını tələb edərək aclıq aksiyasına başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »