Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq Vəkillər Kollegiyasına xanım vəkillər haqda nə məktub göndərib?
Baş Prokurorluq Vəkillər Kollegiyasına xanım vəkillər haqda nə məktub göndərib?

Baş Prokurorluq Vəkillər Kollegiyasına xanım vəkillər haqqında müraciət ünvanlayıb. Həmin müraciət oktyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun məktubunda həmin vəkillərin xüsusilə ağır cinayətin üstünün açılması, hadisəni törədən şəxsin üzə çıxması istiqamətində xüsusi fəallıq göstərdiyi, hüquqi müdafiəni peşəkarlıqla həyata keçirdiyi vurğulanıb. Qeyd olunub ki, onlar şəxsi mənafe güdmədən cəmiyyətin və dövlətin maraqları naminə prinsipial, cəsarətli mövqe nümayiş etdiriblər.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti sözügedən müraciət əsasında sözügedən iki xanım vəkilin - Sevda Məhərrəmova və Rövşanə Rəhimlinin fəxri fərmanla təltif olunmasına qərar verib.

“Azərbaycanda vəkilliyin tarixində ilk dəfədir ki, Baş Prokurorluqdan vəkillərin təltif olunması ilə bağlı bu cür müraciət daxil olur”, - Vəkillər Kollegiyasından bildirilib.

Rəyasət Heyətinin iclasında həmçinin vəkillərin işlədikləri vəkil bürolarını dəyişməsi, üzvlük haqqından azad olunma ilə bağlı məsələlər də müzakirəyə çıxarılıb. Bundan başqa, bir sıra vəkillər dövlət qulluğunda işə qəbul edildiklərinə görə onların fəaliyyətinin dayandırılmasına da qərar verilib.

Səhhətilə əlaqədar yardım üçün Vəkillər Kollegiyasına müraciət etmiş bir vəkilə kömək olunmasına qərar verilib. Amma həmin vəkilin kimliyi açıqlanmır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »