Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank hesabları necə qorunmalı? - İT mütəxəssisindən açıqlama
Bank hesabları necə qorunmalı? - İT mütəxəssisindən açıqlama

Bir neçə gün əvvəl bank hesabları ilə bağlı yeni fırıldaqçılıq üsulları barədə yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, gündəmi yeni dələduzluq məsələsi zəbt edib və həmin fırıldaqçılar bank müştərilərini zəng vasitəsi ilə aldadaraq insanların hesabından pullar çəkirlər. Nəticədə isə zərərçəkən vətəndaşalar pulunu kimdən tələb edəcəyini bilmir.

Məsələ ilə bağlı İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlama verərək bildidib ki, belə hallar yaşandıqda nöqsanlar Banklar tərəfində axtarılmalıdır.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Zəng edən fırıldaqçılar özlərini bank əməkdaşı kimi qələmə verib, dialoq qururlar . Danışıq əsnasında müştəridən onların nömrəsinə göndərilən OTP kodu əldə edirlər və ən əsas məsələ bundan sonra baş verir. Kart -da olan bütün vəsaitlər dələduzlar tərəfindən mənimsənilir.

İndi isə bu məsələyə bank tərəfindən aydınlıq gətirək. Banklar müştərilərə OTP kodu diğər şəxslərə verilməməsi barədə hər zaman xəbərdarlıq edir və burdan nəticəyə gəlmək olar ki, bu dələduzluq baş tutandan sonra bank heç bir məsuliyyət daşımır.

Lakin bizlərdə sual yaranır ki, bu fırıldaqçılar bank məlumatlarımızı necə əldə edirlər?

Burada artıq nöqsanlar Banklar tərəfində axtarılmalıdır! Həmdə ciddi şəkildə! Banklar bunu imtina etsə də bu məsələ ciddi bir sistem açıqlığından xəbər verir .

Hər hansı yol ilə xakkerlər bank hesablarından məlumat əldə etməyi bacarırlar. Görünür bundan heç bankın özünün belə xəbəri olmur. Bank müştəriləri barədə məlumatların 3 cü şəxsə ötürülməsi qadağandır.

Qeyd etmək istərdim ki, bir çox araşdırmaların nəticəsində zənglərin ən çox rus dilli insanlar tərəfindən olunduğunun şahidi oldum . Apardığım analizlər nəticəsində öyrəndim ki heç də uzağa getmək lazım deyil. Rusiyada 2018-ci ildən etibarən bu cür fırıldaqçılar fəaliyyət göstərir. Hətta məlumata görə, Telegram və Vkontakte sosial şəbəkələrində bu tip "haker hücumlarının" açıq aydın kodları və skriptləri paylaşılır”.

Səkinə İlqarqızı sonda ən vacib məsələ toxunub və bank hesablarını necə qorunmalı olduğunu açıqlayıb.

“Bildirmək istərdim ki, bu cür dələduzlardan qorunmağın tək yolu var. Oda nömrələrə gələn OTP kodu heç kəsə verməmək, zəng edən fırıldaqçılarla artıq dialoq qurmamaq, onların sualların cavablandırmadan zəngi sonlandırmaqdır. Bu cür zənglər gəldikdən sonra dərhal müştəri olduğunuz bankın müştəri xidmətləri ilə əlaqə saxlayıb məsələ ilə baqlı xəbər etmək yaxud kartı bloklamağı məsləhət bilirəm. Hər halda məlumatlar XAKKER-lər əlinə keçibsə, onlar bu məlumatları bir daha istifadə edəcəyi istisna deyil”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »